Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:16

Twitter radikal ruhaninin hesabını bağlayıb


Etirazçılar Baş nazir Imran Khan-ın plakatını yandırırlar
Etirazçılar Baş nazir Imran Khan-ın plakatını yandırırlar

Twitter sosial şəbəkəsi radikal pakistanlı ruhaninin hesabını bağlayıb. Bu barədə Pakistan hökuməti məlumat yayıb. Ruhani ölkənin Ali Məhkəməsi, baş naziri və ordusu əleyhinə qızışdırıcı bəyanatlar yayırmış. Bütün bunlar küfrdə suçlanan xristian qadına qarşı ölüm cəzasının ləğvindən sonra baş verib.

Pakistanın Telekommunikasiya Orqanı (PTA) Twitter-dən xahiş edib ki, ruhani Khadim Hussain Rizvi-nin hesabını bağlasın. Onun Tehreek-e-Labbaik (TLP) partiyası ötən həftə Ali Məhkəmə Asia Bibiyə bəraət verəndən sonra üç gün ərzində yolları bağlayıb, məhkəmənin hakimlərini hədələyib.

Pakistanda etirazlar
Pakistanda etirazlar

PTA rəsmiləri Rizvinin “nifrət və zorakılığı” qızışdırdığını bildirib,

Twitter məsələyə şərh verməyib.

1,2 MİLYARD DOLLARLIQ ZİYAN

Ötən həftəki etirazlara görə yüzlərlə nümayişçiyə və təşkilatçıya cinayət işi açılıb. Polis zabiti Nayab Haiderin sözlərinə görə, 150-dən çox adam nümayişlərdə yanğın, vandalizm və zorakılıq törətmək itthamlarıyla saxlanıb.

Polis video kliplər vasitəsilə hücumlarda, mülkiyyətə, maşınlara od vurmaqda, yolları bağlamaqla əli olanları müəyyənləşdirir.

Hökumətdən bir rəsmi etirazçıların vurduğu ziyanın məbləğinin 1,2 milyard dollar olduğunu bildirir.

Rizvi deyib ki, Pakistan hakimiyyəti Bibiyə ölkədən çıxmağa icazə versə, “müharibə olacaq”.

Asia Bibi
Asia Bibi

Pakistanda küfrə görə ölüm cəzası kəsilir, ən yüngül halda isə linçləmə baş verir.

Hazırda Pakistanda küfrə görə 40-dək adamın ölüm cəzasının icrasını gözlədiyi, yaxud ömürlük həbs cəzası çəkdiyi qeyd olunur. Bunu Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il hesabatında bildirir.

***

Asia Bibinin əri sığınacaq istəyir

Pakistanda küfrə görə bəraət almış xristian qadının əri Qərb ölkələrindən sığınacaq istəyib, ailəsinin Pakistanda böyük təhlükədə olduğunu deyib.

“ABŞ Prezidenti Donald Trump-dan bizim ölkədən çıxmağımıza yardım göstərməsini xahiş edirəm. Britaniyanın baş nazirindən bizə kömək etməsini istəyirəm”,Asia Bibinin əri Ashiq Masih videomüraciətində deyib. Bu barədə xəbər agentlikləri noyabrın 4-də məlumat yayıb.

O, Kanada liderlərindən də kömək istəyib.

Bibi 2010-cu ildə Məhəmməd peyğəmbəri təhqir etmək ittihamıyla ölümə məhkum edilib. Özü ittihamı rədd edib.

Bu iş beynəlxalq ictimaiyyətinə diqqətini çəkib, bəzi ölkələr Bibiyə sığınacaq təklif edib.

Oktyabrın 30-da Ali Məhkəmə Bibiyə qarşı ölüm cəzasını ləğv edib.

Bundan sonra ölkədə üçgünlük zorakı etirazlar başlayıb, sərt xətt tərəfdarı olan islamçılar Bibinin edamını tələb ediblər.

Noyabrın 2-də nümayişlər əsasən kəsilib, çünki hökumət Bibiyə səyahət qadağası qoyulmasına, onun işinə yenidən baxılmasına razılıq verib.

XS
SM
MD
LG