Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 16:54

Hindistanın şimal rayonlarına güclü qar düşüb


Kəşmirə qar düşüb

Hindistanın şimal rayonlarına güclü qar düşüb.

Nəticədə Camu Kəşmirin yay paytaxtı olan Srinaqarın küçələrində hərəkət çətinləşib.

Bu barədə noyabrın 4-də Reuters agentliyi məlumat verir.

Həmçinin Himalay dağının ətəklərindəki magistral yollar demək olar ki, iflic olub.

Elektrik xətləri qırıldığından, bir çox yaşayış qəsəbələri işıqsız qalıb.

Amma qar yerli sakinlərin sevincinə səbəb olub.

“ 10 ildə ilk dəfədir ki, qar noyabrda yağıb.Bunu çoxdan arzulayırdıq, çün ki qar Kəşmirə çoxlu turist cəlb edir”, Srinaqar sakini Sayed Avait deyir.

Solanq vadisindəki Manali kurortuna da xeyli qar yağıb.

Bu kurort Himaçal Pradeş ştatında yerləşir.

Sosial şəbəkə istifadəçiləri və turizm egentlikləri şərhli video və fotomateriallar yerləşdirirlər.

Camu Kəşmir və Himaçal Pradeşdə qar və soyuq hava Hindistanın paytaxtı Dehli də daxil olmaqla qonşu ştatlarda da havanın soyumasına səbəb olur.

XS
SM
MD
LG