Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 21:57

Bakıda Azərbaycan-Avropa Birliyi dialoqu keçirilib


Foto arxiv

Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik dialoqu keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 3-də yaydığı məlumata görə, dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə edilib.

Terrorizmlə, separatçılıqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirələr zamanı diqqət mərkəzində olub.

Müzakirələr zamanı habelə bildirilib ki, hazırda danışıqlar gedən yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafına əlverişli imkanlar yaradacaq.

Tərəflərin ilk dəfə keçirilən dialoqu münasibətlərdə yeni məqam kimi dəyərləndirdiyi, bunun növbəti ildə davam etdirilməsi barədə razılığa gəldikləri bildirilir.

Müzakirələrdə Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edib.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb.Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Multimedia

XS
SM
MD
LG