Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Sahibi tutulan saytlara giriş çətinləşib


İ.Rəhimov

«Oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının saxladığı İkram Rəhimovun sahibi olduğu 6 sayta ölkə daxilindən giriş bloklanıb».

Bunu AzadlıqRadiosuna saytın əməkdaşları bildiriblər. Onların məlumatına görə, saytlara giriş noyabrın 1-dən blok edilib. Saytların bloklanması barədə hər hansı rəsmi məlumat yayılmayıb. Hazırda həmin saytlara ölkədən daxil olmaq mümkün deyil.

İ.Rəhimovun sahibi olduğu 6 sayt daha əvvəl də məhkəmə qərarı olmadan blok edilmişdi. Söhbət reallıq.info, realliq.az, reallıqinfo.org, realinfo.az, reallıqinfo.com və realliqinfo.az saytlarından gedir. Bir neçə həftə əvvəl həmin saytlara tətbiq edilən blok götürülmüşdü.

Oktyabrın sonunda İ.Rəhimov açıqlamışdı ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində qəbul edildikdən sonra blok qaldırılıb.

Ancaq onun dediklərinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsindən münasibət almaq mümkün olmamışdı. İndi də sözügedən saytların yenidən bloklanması ilə bağlı deyilənlərə rəsmi qurumlardan hər hansı reaksiya almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

İ.Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb . O tutulmamışdan əvvəl Prezident Administrasiyasının yüksəkvəzifəli şəxsini tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin onun saxlanılması ilə bağlı məlumatında İ.Rəhimovun başqalarından pul tələb etdiyi iddia olunur.

«İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib», - məlumatda qeyd edilir.

İ.Rəhimov isə ittihamları rədd edib, yazılarına görə həbs edildiyini açıqlayıb.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı.

XS
SM
MD
LG