Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:31

Qaraçaylıların deportasiyasından 75 il ötür


Qaraçay-Çərkəz respublikası

Rusiyanın Şimali qafqazdakı Qaraçay-Çərkəz regionunun sakinləri sovet diktatoru Josef Stalin tərəfindən Orta Asiyaya kütləvi deportasiyanın 75-ci ildönümünü qeyd edirlər.

Noyabrın 2-də məscidlərdə deportasiya zamanı həlak olanlar üçün dualar oxunub. Onlar 1943-1957-ci illərdə Qazaxıstana, Qırğızıstana və Özbəkistana deportasiya olunublar.

Qaraçay-Çərkəzin lideri Rashid Temrezov, baş naziri Aslan Ozov və parlamentin spikeri Aleksandr Ivanov noyabrın 2-də birgə bəyanat verərək, deportasiyanı “14 il davam etmiş dəhşətli ədalətsizlik” adlandırıblar.

Bəyanatda deportasiyadan salamat çıxmış qaraçaylı ağsaqqallar “ləyaqəti, dili, adətlər və mədəniyyəti qoruduqlarına görə” alqışlanır. Onların bir qismi 1950-ci illərdə Şimali Qafqaza qayıda biliblər.

Qaraçaylılar kiçik türkdilli, əsasən müsəlman etnik qrupudur.

Onlar 1940-cı illərdə sovet rejimi tərəfindən Şimali Qafqazdan deportasiya olunmuş ilk etnik qrupdur.

1943-cü il noyabrın 2-5-də 70 min qaraçaylı mal-qara daşıyan vaqonlarda Orta Asiyaya deportasiya olunub. Onlar nasist Almaniyası ilə əməkdaşlıqda suçlanıblar.

Köçürülənlərin dörddə birinin yolda öldüyü bildirilir.

XS
SM
MD
LG