Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:50

Azərbaycan ordusunu peykdən yönləndirəcək mərkəz açıldı


Peyk Rabitəsi İdarəetmə Mərkəzi

Müdafiə naziri Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti Azərbaycan ordusunda yeni istismara verilən Peyk Rabitəsi İdarəetmə Mərkəzinin (PRİM) fəaliyyəti ilə tanış olub.

Bu barədə Müdafiə Nazirliyinin noyabrın 2-də yaydığı məlumatda bildirilir.

Nazirlik vurğulayır ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq «Azərkosmos» Açıq Səhmdar Cəmiyyəti (ASC) peyki üzərindən fəaliyyət göstərir.

«Bu peyk rabitə sistemi qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli, mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçündür», - məlumatda vurğulanır.

Məlumata görə, nazir Azərbaycan ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.

Xatırlatma

Bu ilin sentyabrında Azərbaycanın «Azerspace-2» peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Azərbaycanın ilk peyki olan «Azerspace-1» isə 2013-cü ilin fevralında orbitə çıxıb. Peykləri «Azərkosmos» ASC idarə edir.

Multimedia

XS
SM
MD
LG