Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Nauert ABŞ-ın BMT-dəki səfiri ola bilər


Heather Nauert

ABŞ Prezidenti Donald Trump deyir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert-in ölkənin BMT-dəki səfiri postuna namizədliyini ciddi nəzərdən keçirir.

Hazırkı səfir Nikki Haley dekabrda vəzifədən gedəcəyini açıqlayıb.

“Onun namizədliyi çox ciddi şəkildə nəzərdən keçirilir. O əla kadrdır. Uzun müddətdir bizimlə işləyir. Uzun müddətdir bizi dəstəkləyir... Yəqin, gələn həftə qərar verəcəyik”, – Trump noyabrın 1-də Ağ evdə jurnalistlərə deyib.

ABC News və Fox News da Ağ ev rəsmilərinə istinadla noyabrın 1-də yazıblar ki, Nauert-ə bu vəzifə təklif olunub.

Trump deyib ki, bu işi istəyən çoxdur və “xeyli sayda yaxşı adamlar var”. Amma o, digər mümkün namizədlər barədə detallı danışmayıb.

ABC Nauert-in bu nominasiyanı qəbul edib-etmədiyinin bəlli olmadığını deyib. O, daha öncə Fox News-da aparıcı və müxbir kimi çalışıb, 2017-ci ilin aprelindən Dövlət Departamentinin sözçüsüdür. Daha öncə siyasi təcrübəsi olmadığından, aparıcı diplomatik vəzifəyə namizədliyi verilərsə, bu, qeyri-adi seçim sayılar.

XS
SM
MD
LG