Keçid linkləri

Təcili xəbərlər
2019, 27 İyun, Cümə axşamı, Bakı vaxtı 12:15

BŞİH Qarabağ mitinqinə 'hə' deməyib


Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 24-ü Qarabağ məsələsi ilə bağlı mitinqin keçirilməsinə razılıq verməyib.

Bu haqda AzadlıqRadiosuna mitinqin təşkilatçısı olan Qarabağ Komitəsindən bildiriblər.

Məlumata görə, bu gün, noyabrın 1-də quruma Bakı Şəhər İcra Hakimiyyətindən cavab məktubu daxil olub.

Komitədən bildirildiyinə görə, cavab məktubunda yazılıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır.

«Eyni zamanda, qeyd edilirdi ki, Qarabağla bağlı danışıqlar şəffaf aparılır. Kütləvi informasiya vasitələri (KİV) vasitəsilə Qarabağlı bağlı keçirilən bütün tədbirlər təfsilatı ilə işıqlandırılır. Odur ki, BŞİH belə bir durumda Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mitinq keçirilməsini məqsədə müvafiq saymayıb», - komitənin məlumatında vurğulanır.

Qarabağ Komitəsi BŞİH-in cavabından razı qalmayıb. Mitinqlə bağlı sonrakı addımlar barədə komitədə müzakirələrdən sonra qərar veriləcək.

Bu Komitənin bir neçə ay əvvəl Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmdə saxlanılması məqsədilə yaradıldığı açıqlanıb. Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda «Qarabağa azadlıq!» şüarı ilə mitinq keçirib.

Noyabrın 24-ə planlaşdırılan növbəti aksiyanın razılaşdırılmasından ötrü isə oktyabrın ortalarında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG