Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Poroshenko-nun oğlu da sanksiya altında


Çexiyadakı Ukrayna cəmiyyətinin etiraz aksiyası, arxiv fotosu
Çexiyadakı Ukrayna cəmiyyətinin etiraz aksiyası, arxiv fotosu

Rusiya Ukrayna elitasının 322 üzvünə və tanınmış ukraynalı biznesmenlərin sahib olduğu 68 şirkətə maliyyə sanksiyalarını açıqlayıb.

Sanksiyaların hədəfə aldığı şəxslər sırasında Prezident Petro Poroshenko-nun oğlu Oleksiy, daxili işlər naziri Arsen Avakov, təhlükəsizlik xidmətinin rəhbəri Vasyl Hrytsak, baş nazirin müavini Ivanna Klympush-Tsintsadze, biznesmen Victor Pinchuk, keçmiş baş nazirlər Yulia Tymoshenko və Arseniy Yatsenyuk, ultramillətçi Sağ Sektor qrupunun keçmiş lideri Dmytro Yarosh var.

DEPUTATLAR, HAKİMLƏR DƏ SİYAHIDADIR

Sanksiyalara dair sərəncamı Baş nazir Dmitry Medvedev imzalayıb və noyabrın 1-də hökumətin vebsaytında dərc olunub.

Sənəddə deyilir ki, bu addımın məqsədi “Ukraynanın Rusiya vətəndaşları və qurumlarına qarşı qeyri-dost fəaliyyətini önləmək, ikitərəfli münasibətləri normallaşdırmaqdır”.

Rublun ucuzlaşması, illüstrativ foto
Rublun ucuzlaşması, illüstrativ foto

Siyahıda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turchynov-un, müdafiə naziri Stepan Poltorak-ın, müdafiə nazirinin müavini Anatoliy Petrenko-nun, Ukrayna ordusunun Baş qərargah rəisi Viktor Muzhenko-nun, parlamentin spikeri müavini Iryna Herashchenko-nun və Krım tatarlarının veteran lideri Mustafa Dzhemilev-in də adları var.

Sanksiyalara Rusiya ərazisində aktivlərin və mülkiyyətin dondurulması da daxildir.

Ukrayna Konstitusiya Məhkəməsinin hakimləri, ukraynalı deputatlar, biznesmenlər, prezident idarəsinin üzvləri, icraedici rəsmilər, Ukraynanın böyük şirkətlərinə də sanksiyalar tətbiq olunacaq.

PUTİNİN ŞƏRTİ

Bu sərəncamdan 10 gün öncə Prezident Vladimir Putin Ukraynaya qarşı “xüsusi iqtisadi tədbirlər”ə başlanması barədə fərman imzalayıb. O, hökumətə tapşırmışdı ki, iqtisadi sanksiyalar qoyulacaq şirkət və fərdlərin siyahısını hazırlasın.

Putinin oktyabrın 22-də imzaladığı sənəddə deyilirdi ki, Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə bütün qadağaları qaldırarsa, bu cəza tədbirləri də ləğv oluna bilər.

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Birləşmiş Ştatlar, Avropa Birliyi və Ukrayna Rusiya biznesmenlərin, şirkətlərinə və digər qurumlarına sanksiyalar tətbiq edib.

Medvedev oktyabrın 23-də demişdi ki, Moskva Ukraynadan bəzi məhsulların Rusiyaya idxalını qadağan etməyə hazırlaşır. Amma o, hansı məhsulların siyahıya düşəcəyini açıqlamayıb.

Putin iyunda Rusiyaya sanksiya tətbiq etmiş Birləşmiş Ştatlar və digər ölkələrə əks-tədbirlərlə bağlı qanun imzalayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG