Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

Antidopinq agentliyində islahatlar tələb edirlər


WADA prezidenti Craig Reedie

Ağ ev bir sıra tanınmış atlet və antidopinq rəsmilərinə qoşularaq Ümumdünya Antidopinq Agentliyində (WADA) islahatlara çağırıb. Qeyd edək ki, ötən ay agentliyin Rusiyanı quruma bərpa etməsi birmənalı qarşılanmamışdı.

Sistematik və dərin dəyişiklik istəyirik”, – Ağ evin Milli Narkotiklərə Nəzarət Siyasəti İdarəsinin direktor müavini James Carroll deyib. O, WADA tənqidçilərinin oktyabrın 31-də Ağ evdə keçirilən toplantısında danışıb.

“Agentliyi təmiz yarışma adına daha güclü liderlik göstərmək çağırışlarında mövqeyimiz birdir”, – o söyləyib.

WADA Rusiyaya qarşı dövlətin himayəsilə dopinq sxemi iddialarından dolayı üç illik qadağa qoymuşdu. Tənqidçilər deyirlər ki, WADA Rusiyanın 2015-ci ildə qoyulmuş şərtləri yerinə yetirməyə məcbur etmədən quruma bərpa edib.

Norveçin gənclər naziri, WADA-nın vitse-prezidenti Linda Helleland agentlikdə islahatların vacibliyini vurğulayıb.

Ağ evdəki toplantıya Avstraliya, Kanada, Almaniya, İrlandiya, Yeni Zelandiya, Norveç və Britaniyadan atletlər və antidoinq rəsmiləri qatılıblar. Onlar WADA-da islahatlara çağıran bəyanat qəbul ediblər.

XS
SM
MD
LG