Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:53

Rusiyada şəkər xəstələrinə yardım təşkilatı bağlanacağını deyir


Rusiyanın xarici agent qanunu AzadlıqRadiosu-na da aiddir

Rusiyanın Saratov şəhərində diabet xəstələrinə yardım göstərən təşkilat bildirir ki, “xarici agent” adlandırılandan sonra əməliyyatları davam etdirə bilmir və qapadılmağa məcburdur.

Şəkər xəstələri üzrə Saratov Regional Təşkilatının rəhbəri Larisa Saigina oktyabrın 29-da deyib ki, əməliyyatlarını tamamlamağa quruma altı ay gərəkəcək.

Qurumun işini davam etdirməsi yolunda hansı əngəllərin durduğu bəlli deyil.

Təşkilata ittihamlar 2012-ci ildə qəbul olunmuş ziddiyyətli qanun çərçivəsində irəli sürülüb. Həmin qanun xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan QHT-lərdən tələb edir ki, “xarici agent” kimi qeydiyyatdan keçsinlər.

Vətəndaş cəmiyyəti fəallarının mövqeyinə görə, bu qanunun hədəfi Kremlin Rusiya cəmiyyəti üzərində nəzarətini gücləndirməkdir.

Sözügedən qurumun məsələsi ötən ilin avqustunda gündəmə gəlib. O zaman hakim Vahid Rusiya partiyasının gənclər qanadının fəalı olan bir tibb tələbəsi prokurorlarla şikayət edib ki, təşkilat xarici əczaçılıq şirkətlərindən maliyyə alır.

XS
SM
MD
LG