Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:04

Hindistanda dünyanın ən hündür heykəli açılıb


Dünyanın ən hündür heykəli

Hindistan dünyada ən uca heykəlin açılışını edib. Heykəl ölkənin müstəqillik uğrunda savaşmış qəhrəmanı, baş nazirin müavini olmuş Sardar Vallabhbhai Patelin şərəfinə ucaldılıb.

182 metr hündürlükdə Vəhdət Heykəli oktyabrın 31-də, dövlət xadiminin 142-ci ildönümündə Qucarat ştatında açılıb.

Özü də Qucarat ştatından olan Baş nazir Narendra Modi Narmada çayı sahilində ucaldılmış heykəlin açılışını edib.

Abidənin 430 milyon dollara başa gəldiyi bildirilir.

33 aya başa gələn heykəlin qurulmasına 250 mühəndis, 3,400 fəhlə cəlb olunub.

Ərazini minlərlə polis qoruyub. Belə ki, yerli əhali son aylar burada etirazlar keçirir, layihənin təbii ehtiyatlara ziyan vurduğunu deyir.

Bundan əvvəlki rekord Çindəki Budda Yaz Məbədinə məxsus idi, həmin abidənin hündürlüyü 128 metrdir.

XS
SM
MD
LG