Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Ermənistandan İstanbul bəyannaməsinə reaksiya


Mevlut Cavusoglu (ortada), Mohammad Javad Zarif (sağda) və Elmar Məmmədyarov İstanbulda, 30 oktyabr, 2018-ci il
Mevlut Cavusoglu (ortada), Mohammad Javad Zarif (sağda) və Elmar Məmmədyarov İstanbulda, 30 oktyabr, 2018-ci il

Ermənistan bu həftə qəbul olunmuş İstanbul bəyannaməsində Azərbaycanın separatçı Dağlıq Qarabağ regionuyla bağlı deyilənləri əhəmiyyətli saymır. Qeyd edək ki, bəyannamə Türkiyə, İran və Azərbaycanın xarici işlər nazirləri tərəfindən qəbul olunub.

Nazirlərin oktyabrın 29-da İstanbulda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzularından biri olub.

Üç ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov (Azərbaycan), Mohammad Javad Zarif ( İran) və Mevlut Cavusoglu-nun (Türkiyə) imzaladığı bəyannamədə beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət ifadə olunur, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinin vacibliyi vurğulanır.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naghdalian isə oktyabrın 30-da deyib ki, “ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üzrə beynəlxalq mandat verilmiş yeganə formatdır”.

“Bu format çərçivəsində münaqişənin həlli prinsipləri irəli sürülür. Həmin prinsiplərə selektiv yanaşma dinc həllə doğru səylərə heç bir töhfə vermir”, – Naghdalian deyib.

“Minsk qrupu çərçivəsindən kənar və ona zidd bəyanatlar sünidir, problemin həllinə aidiyyatı yoxdur”, – sözçü əlavə edib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, onun ətrafında 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif etdikləri bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG