Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:26

BMT-də Ukraynaya görə sözləşdilər


Kiyevdə millətçilərin yürüşü

Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların planlaşdırdığı seçkinin leqallığı BMT-də mübahisə yaradıb. Donetsk və Luqanskda noyabrın 11-nə planlaşdırılan seçkiylə bağlı Rusiya ilə Birləşmiş Ştatlar və Avropa ölkələrinin mövqeləri fərqlidir.

BMT-nin siyasi məsələləri üzrə rəhbəri Rosemary DiCarlo deyib ki, bu səsvermənin münaqişənin həllinə dair 2015-ci il sazişini pozduğunu düşünən Qərbin mövqeyini dəstəkləyir. Beləliklə də Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında təcrid durumuna düşüb.

Qərb müttəfiqləri Luqansk separatçılarının təmsilçisi Olena Kravchenko-nun seçkilərlə bağlı Şuranı məlumatlandırmasını istəyən Rusiyanın bu cəhdini də önləyiblər.

İclasdan öncə Fransa, Niderland, Polşa, İsveç, Britaniya, İtaliya, Belçika və Almaniyanın adından birgə bəyanat yayılıb. Şurada səsləndirilən bəyanatda “11 noyabra planlaşdırılan seçkilər qanunsuz” adlandırılır.

Bəyanatda vurğulanır ki, bu seçkilər Ukrayna qanunvericiliyini pozur, 2015-ci ildə Belarusun paytaxtı Minskdə əldə olunmuş razılaşma çərçivəsində separatçılar və Rusiyanın götürdüyü öhdəliklərə ziddir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 10 mindən çox adam ölüb.

XS
SM
MD
LG