Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 18:29

Trump doğum hüququ ilə vətəndaşlığı ləğv etmək istəyir


Donald Trump

ABŞ Prezidenti Donald Trump ABŞ torpağında doğulmuş qeyri-vətəndaş və mühacirlərin övladlarına vətəndaşlıq verən konstitusiya hüququnu bitirmək üçün sərəncam imzalamaq istəyir.

ABŞ Konstitusiyasına 14-cü düzəliş Birləşmiş Ştatlarda anadan olan uşaqlara vətəndaşlıq hüququnu təmin edir.

Trump-ın “Axios on HBO”ya verdiyi müsahibəsindən bir hissə oktyabrın 30-da yayımlanıb.

“Biz dünyada yeganə ölkəyik ki, buraya gələn şəxsin övladı olursa, o, 85 il ərzində Birləşmiş Ştatlar vətəndaşına çevrilir, bütün imtiyazları da əldə edir”, – Trump deyib.

“Bu gülüncdür. Buna son qoyulmalıdır”, – o, sözlərinə əlavə edib.

Ancaq Trump-ın dediyinin əksinə olaraq, Kanada və Meksika daxil olmaqla bir çox ölkələr ərazilərində doğulan uşaqlara məhdudiyyətsiz vətəndaşlıq verirlər.

Trump sərəncamı nə vaxt imzalayacağını deməsə də, “proses gedir. Bu baş verəcək”, deyə vurğulayıb.

Belə bir sərəncamın legitimliyinə gəlincə, Trump deyib ki, “deyirlər, bunu sadəcə, bir sərəncamla edə bilərəm”.

Bu hüququn ləğvi prezidentin konstitusiyaya düzəlişi ləğv etmək səlahiyyətinə dair məhkəmə dartışmasına yol açar.

Noyabrın 6-da ABŞ konqresinı seçkilər keçiriləcək. Səsvermədən öncə ölkədə immiqrasiya siyasətinin sərtləşdirilməsi gündəmdədir.

XS
SM
MD
LG