Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 05:52

Dağlıq ərazilərdə qar gözlənir


Qar

Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnoz edilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 18-22 dərəcə isti gözlənir.

Oktyabrın 31-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Lakin gündüz bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı təxmin edilir. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 6-11, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG