Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

ABŞ Meksikayla sərhədə 5 mindən çox əsgər göndərir


Mərkəzi Amerikadan gələn miqrantlar

Bu həftənin sonunadək Pentaqon Meksikayla sərhədə 5 min 200-dən çox əsgər yerləşdirəcək. Məqsəd Mərkəzi Amerikadan gözlənən miqrant axınını önləməkdir.

Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığının komandiri, general Terrence O'Shaughnessy oktyabrın 29-da jurnalistlərə deyib ki, hərbçilər diqqəti Texasa, Arizonaya və Kaliforniyaya yönəldəcək.

Artıq Texasa 800-dək əsgər göndərilib. Onlar apreldə Prezident Donald Trump-ın xahişindən sonra göndərilmiş 2,100 Milli Qvardiyaçıya qoşulub.

Bundan öncə Trump demişdi ki, Meksikadan gələn yüzlərlə miqrantın olduğu karvanı ABŞ ordusu qarşılayacaq.

“Bu karvana bir çox banda üzvləri, bəzi çox pis adamlar da qoşulub, Cənub Sərhədimizə doğru irəliləyirlər. Lütfən, geri qayıdın, hüquqi prosesdən keçməyincə Birləşmiş Ştatlara girə bilməyəcəksiniz”, – Trump oktyabrın 29-da tvitində yazıb.

“Bu, ölkəmizin işğalıdır və Ordumuz sizi gözləyəcək!”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG