Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:34

Bankların aktivləri də artıb, öhdəlikləri də...


Bank faizləri, sizcə, nə qədər əlçatandır?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Bank faizləri, sizcə, nə qədər əlçatandır?

Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 bankın ümumi aktivləri 29 milyard 201 milyon 800 min manata bərabər olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bank və sığorta sektoru ilə bağlı son bilgilərində belə yazılır.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivlərində artım olduğu bildirilir. Artım 3 milyard 38 milyon 300 min manat və ya 11.6 faizdir.

Aktivlərlə bərabər bank sektorunun öhdəlikləri də çoxalıb. Oktyabrın 1-dək bankların ümumi öhdəlikləri 25 milyard 89 milyon manat təşkil edib. Öhdəliklər 1 milyard 944 milyon manat və ya 7.7 faiz artıb.

Həmin vaxta bankların kapitalı 4 milyard 112 milyon manat olub. 2017-ci ilin üçüncü rübü ilə müqayisədə bankların ümumi kapitalı 1 milyard 94 milyon 200 min manat və ya 36.2 faiz çoxalıb.

2018-ci ilin üçüncü rübünün sonunda bank işçilərinin sayı 17 min 666 nəfər təşkil edib. İlin əvvəlindən bank işçilərinin sayının 895 nəfər artdığı bildirilir.

Bank şöbələrinin və filiallarının sayı da artıb. Halbuki, 2015-ci ildə baş verən devalvasiyalardan (manat dollar qarşısında iki dəfə dəyər itirmişdi) bir il sonra ölkədə 10-dan çox bankın fəaliyyəti dayandırılmışdı. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi.

Könüllü sığorta yığımları 133 milyon azalıb

Palatanın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta şirkətlərinin yığımı 414 milyon 352 min 724 manat olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 154 milyon 181 min 676 manat və ya 27.1 faiz azdır.

Sığortanın könüllü növləri üzrə yığımlar 133 milyon 296 min 916 manat azalaraq 281 milyon 647 min 784, ödənişlər isə 10 milyon 405 min 550 manat artaraq 147 milyon 725 min 550 manata çatıb.

Multimedia

XS
SM
MD
LG