Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:54

‘Cənnət yolu’ – Şiə zəvvarlar Ərbəin ziyarətində


Şiə zəvvarlar Kərbəlaya doğru gedir, arxiv fotosu
Şiə zəvvarlar Kərbəlaya doğru gedir, arxiv fotosu

Dünyanın müxtəlif yerlərindən milyonlarla şiə müsəlman bu həftə İraqın Kərbəla şəhərində Ərbəin ziyarətini gerçəkləşdirir edir. “The Associated Press” agentliyi yazır ki, Ərbəin ziyarəti təkcə dini mərasim deyil, həm də icma adət-ənənələrinin üzə çıxarır.

Zəvvarlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və onun ögey qardaşı Abbasın məqbərələrini ziyarət edirlər. Ərbəin günü şiəlikdə Aşura günündən 40 gün sonraya, yəni Səfər ayının 20-ci gününə düşür. Həmin gün Məhərrəm ayının 10-cu günündə öldürülmüş İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin məzarının ilk dəfə məhz Ərbəin günündə ziyarət edildiyi bildirilir.

ZƏVVARLARDAN YEMƏYƏ GÖRƏ PUL ALMIRLAR

İmam Hüseyn 7-ci əsrdə Kərbəla döyüşündə Əməvi xəlifəsi 1-ci Yezid qüvvələri tərəfindən qətlə yetirilib. Tərəfdarlarının Peyğəmbər irsinin qanuni varisi saydığı Hüseyn xəlifəyə baş əymədiyindən öldürülür və bununla da sünni və şiə islam arasında parçalanma dərinləşir. Hüseynin ögey qardaşı Abbas da həmin döyüşdə qətlə yetirilib.

İranda Ərbəin ziyarəti, 2017-ci il
İranda Ərbəin ziyarəti, 2017-ci il

Zəvvarlar Kərbəladan 70 kilometr məsafədə yerləşən Nəcəfdən, 90 kilometr şimalda yerləşən Bağdaddan buraya piyada gedirlər. Onlar yollarda qurduqları çadırlarda dincəlirlər.

Zəvvarlar yol boyunca müxtəlif xeyriyyə qurumlarının, məscidlərin qurduğu köşklər tərəfindən yeməklə təchiz olunur. Onlar zəvvarları yedizdirir, əvəzində pul da götürmürlər. Aşpazlar onlar üçün quzu əti, balıq, təzə çörək, düyü hazırlayırlar.

“Atalarımız, babalarımız Kərbəlaya gedib, Allahın iznilə övladlarımız da gedəcək”, – Bağdaddan 4 dostuyla birlikdə Ərbəin ziyarətinə çıxmış Karrad Karim agentliyə deyib.

CƏNNƏT YOLU

“The Associated Press” agentliyi zəvvarların yüksək əhval-ruhiyyədə olduğunu, xurma və çay dəstgahı gəlincə daha da gümrahlaşdıqlarını yazır.

Kərbəlada imam əl-Abbas məqbərəsi
Kərbəlada imam əl-Abbas məqbərəsi

“Bu, cənnət yoludur”, – həyat yoldaşı və üç ovladıyla ziyarətə yollanmış 45 yaşlı Alaa Dadi deyib.

Dünyada 1,5 milyard müsəlmanlar içində sünnilərin sayca üstünlük təşkil etdiyi bildirilir. Həcc ziyarəti isə həm sünni, həm də şiə müsəlmanlar üçün vacib əməl kimi buyrulub.

Son illər İraq hökuməti Kərbəlaya 10-20 milyon zəvvarın getdiyini bildirir. Şiə zəvvarlar ən çox elə İraqdan gəlirlər.

Bu il üçün rəqəmlər, hələlik, açıqlanmayıb. 2010-cu ildə Ərbəin ziyarətinə 15 milyon zəvvarın qatıldığı bildirilmişdi.

Bu ilin yanvarında İraq hökuməti sünni İslam Dövləti qruplaşması üzərində qələbə çaldığını açıqlayıb. Ancaq yaraqlıların hücumlarının aradan qalxdığını söyləmək olmaz. Qruplaşma İraqda və başqa yerlərdə şiələri hədəfə almaqdadır. Bu il zəvvarların qorunmasına minlərlə iraqlı əsgər və xüsusi polis qüvvəsi cəlb olunub.

İrandan artıq 1,7 milyon iranlı zəvvarın İraqa keçdiyi, sabah, ziyarətin pik dövründə bu rəqəmin 2 milyona çatacağı vurğulanır.

Bu il Həccə ziyarətinə 2,4 milyon zəvvar gedib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG