Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:42

Türkiyə prokurorluğu jurnalistin qətlində şübhəli bilinənlərin ekstradisyasını istəyir


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğu

Türkiyə prokurorluğu jurnalist Jamal Khashoggi-nin qətlində şübhəli bilinən 18 səudiyyəlinin Türkiyəyə ekstradisya edilməsini istəyib.

Türkiyənin dövlət Anadolu xəbər agentliyi oktyabrın 26-da bildirib ki, İstanbulun baş prokurorluğu bu barədə ricanı Türkiyənin Ədliyyə Nazirliyinə təqdim edib.

Agentlik bildirir ki, şübhəlilərin təslim edilməsi üçün rəsmi müraciəti Türkiyənin Xarici İşlər Nazirliyi etməlidir.

Daha əvvəl Səudiyyə Ərəbistanı oktybarın 2-də ölkənin İstanbuldakı konsulluğunda baş vermiş qətllə əlaqədar 18 nəfəri həbs etdiyini bildirmişdi.

***

Bundan əvvəl Türkiyə Prezidenti Recep Tayyip Erdogan Səudiyyə Ərəbistanını qətlə yetirilmiş jurnalist Jamal Khashoggi-nin cəsədinin yerini açıqlamağa çağırır.

Erdogan deyib ki, ər-Riyad jurnalistin cəsədini səudiyyəli agentlərdən aldığı bildirilən “yerli iştirakçı”nın kimliyini açıqlamalıdır. “Washington Post”un yazarı olmuş Khashoggi oktyabrın 2-də İstanbuldakı konsulluqda öldürülüb.

Erdogan oktyabrın 26-da hakim AKP-nin üzvləri qarşısındakı çıxışında söyləyib ki, Türkiyənin əlində Khashoggi-nin Səudiyyənin konsulluğunda öldürülməsinə dair “informasiya və dəlil” var.

Onun sözlərinə görə, Səudiyyə prokuroru oktyabrın 28-də İstanbul prokuroru ilə görüşəcək.

Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

“Sifarişi kim verib? Türkiyəyə gələn 15 nəfərə sifarişi kim verib?” – Erdogan deyib.

Qeyd edək ki, Türkiyə qətldən öncə Səudiyyədən İstanbula 15 nəfərlik təhlükəsizlik heyətinin getdiyini vurğulayır.

Krallığın prokuroru oktyabrın 25-də deyib ki, jurnalistin konsulluqda öldürülməsi planlaşdırılıb. Bu da daha öncə verilmiş rəsmi bəyanatlara ziddir.

JURNALİSTİN OĞLU BİRLƏŞMİŞ ŞTATLARA GEDİB

Bu arada krallıq Khashoggi-nin böyük oğluna qarşı səyahət qadağasını götürüb və Salah bin Jamal Khashoggi oktyabrın 25-də axşam Birləşmiş Ştatlara çatıb.

İkili vətəndaşlığı olan Salah yeddi ay idi Səudiyyədən çıxa bilmirdi.

Bu həftənin əvvəlində onun Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman-la əl sıxan yerdə fotosu yayıldı. Şahzadə onun atasının oktyabrın 2-də İstanbuldakı konsulluqda qətlə yetirildiyini etiraf etmişdi və oğluna başsağlığı verirdi.

Şahzadə jurnalistin qətlindən dolayı beynəlxalq tənqidlə üzləşib, bir çox rəsmilər bu hadisəyə görə məhz onu ittiham edib, qətli onun tərəfindən sifariş olunduğunu iddia edib.

Səudiyyə rəsmiləri əvvəlcə jurnalistin yoxa çıxmasıyla heç bir əlaqələri olmadığını deyirdilər. Daha sonra açıqladılar ki, daxili təhqiqat onun konsulluqda dava zamanı öldürüldüyünü üzə çıxarıb.

“Reuters” agentliyinin yaydığı başqa bir xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu bu gün səudiyyəli həmkarı Adel al-Jubeir ilə telefonla danışıb. Telefon danışığının detalları açıqlanmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG