Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 01:24

Krasnodarda daşqınlarda 6 nəfər ölüb


Arxiv fotosu

Rusiyanın cənub-qərbindəki Krasnodar diyarında leysan yağışların yaratdığı daşqınlarda azı 6 nəfər həlak olub.

Regionun fövqəladə hallar naziri Sergei Kapustin oktyabrın 26-da deyib ki, daşqın qurbanlarının cəsədləri regionun Tuapse və Apşeronsk bölgələrində tapılıb.

Regiondakı 30 şəhər və kənddə minlərlə binaya ziyan dəydiyi bildirilir.

Ziyan görmüş ərazilər elektrik və daimi su kəsilib. Yolların, azı bir körpünün dağıldığı xəbər verilir.

Daşqın səbəbindən yerli qatarlar, avtobuslar da işi dayandırıb.

Regionda fövqəladə vəziyyət elan olunub.

XS
SM
MD
LG