Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:12

İranı ətraf mühit fəallarını buraxmağa çağırırlar


İranda saxlanmış ətraf mühit fəalları (yuxarıdan, soldan): Sam Rajabi, Houman Jowkar, Niloufar Bayani, Morad Tahbaz, Kavous Seyed-Emami, Taher Ghadirian, Amir Hossein Khaleghi və Sepideh Kashani
İranda saxlanmış ətraf mühit fəalları (yuxarıdan, soldan): Sam Rajabi, Houman Jowkar, Niloufar Bayani, Morad Tahbaz, Kavous Seyed-Emami, Taher Ghadirian, Amir Hossein Khaleghi və Sepideh Kashani

Human Rights Watch insan haqları təşkilatı İranı səkkiz ətraf mühit fəalını azadlığa buraxmağa çağırır. Həmin şəxslər yanvardan saxlanıb.

Qurum bildirir ki, hakimiyyət “bu şəxslərə qarşı ittihamları əsaslandırmalı, ədalətli məhkəmə zəmanəti verməlidir”, əks halda, fəallar buraxılmalıdır.

Fəallardan dördünə ölüm cəzası kəsilə bilər, onlar “Yer üzünə korrupsiya yaymaq”da suçlanır.

AĞIR İTTİHAM

Bu, İranda ağır ittiham sayılır və bu həftə Tehranın prokuroru Abbas Jafari Dolatabadi tərəfindən açıqlanıb. O iddia edib ki, fəallar “ətraf mühit layihələri adıyla hərbi saytlara yaxınlaşmaq, onlardan hərbi informasiya əldə etməyə çalışıblar”.

Abbas Jafari-Dolatabadi
Abbas Jafari-Dolatabadi

“İddiaların nə qədər gülünc səslənməsinə baxmayaraq, İran ədliyyəsi ətraf mühit fəallarına qarşı ağır ittihamlar irəli sürməkdə qətiyyətlidir. Təqsirləndirilənlərin özlərinin seçdiyi vəkillə görüşmək hüquqları da təmin olunmur”, – Human Rights Watch-un Yaxın Şərq üzrə direktor müavini Michael Page oktyabrın 26-da yaydığı bəyanatda deyib.

Son aylar ərzində İranda 10-dan çox ətraf mühit fəalı xarici kəşfiyyat agentlikləri üçün casusluq ittihamlarıyla saxlanıb.

Kavous Seyed-Emami
Kavous Seyed-Emami

Onlardan biri İran əsilli kanadalı fəal, sosiologiya professor Kavous Seyed Emami idi, həbsxanada naməlum şəraitdə dünyasını dəyişdi.

Ədliyyə sistemi onun həbsxanada intihar etdiyini bildirsə də, ailəsi və tanışları buna şübhəylə yanaşdı. 63 yaşlı Emami Fars Vəhşi Təbiət İrsi Fondunun direktoru idi.

İranın ətraf mühit departamentinin rəhbəri Isa Kalantari mayda bildirdi ki, casusluq ittihamıyla saxlanan ətraf mühit fəallarına qarşı dəlil aşkarlanmayıb. Həmin araşdırmanı aparmış hökumət qurumuna ədliyyə, daxili işlər, kəşfiyyat nazirləri, prezidentin köməkçisi daxildir.

XS
SM
MD
LG