Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Birləşmiş Ştatlar Rusiyanın qətnamə layihəsini önləməyə çalışır


Sazişin qadağan etdiyi raketlər, infoqrafika
Sazişin qadağan etdiyi raketlər, infoqrafika

Birləşmiş Ştatlar Rusiyanın BMT-nin Baş Məclisində keçirmək istədiyi səsverməni önləmək istəyir. ABŞ Prezidenti Donald Trump Rusiyayla 1987-ci ildə imzalanmış nüvə silahlarına nəzarət sazişindən çıxdığını elan edib, Moskva isə sazişin qorunub saxlanması məqsədilə BMT-də səsvermə keçirilməsini istəyir.

Rusiya diplomatlarının deməsinə görə, oktyabrın 25-də assambleyanın tərksilah komitəsinə qətnamə layihəsi təqdim ediblər. Layihə Orta mənzilli Nüvə Silahları Sazişini (INF) qorumağa çağırır.

Amma Birləşmiş Ştatlar bu təklifin qarşısını almağa çalışıb, bildirib ki, Rusiya bu qətnaməni oktyabrın 18-dək təqdim etməliydi.

Rusiyanın BMT-dəki missiyasının sözçüsü Fedor Strzhizhovskiy deyib ki, Birləşmiş Ştatlar qətnamənin gec təqdim olunmasıyla bağlı səsvermə də keçirib, amma uduzub və hazırda komitə sədri durumdan çıxış yolu kimi konsensus axtarışındadır.

SÜLHÜN VƏ SABİTLİYİN DAYAĞI

“Beynəlxalq ictimaiyyət bu dəhşətli duruma reaksiya verməlidir”, – bir rusiyalı diplomat deyib.

Trump sazişdən çıxmaq istəyini Rusiyanın bu sənədi azı 2014-cü ildən pozmasıyla izah edir.

Donald Trump BMT-nin Təhlükəsizlik Şurasının iclasında, 26 sentyabr, 2018-ci il
Donald Trump BMT-nin Təhlükəsizlik Şurasının iclasında, 26 sentyabr, 2018-ci il

Rusiyalı diplomat isə bildirib ki, ölkəsinin niyyəti “sazişi gücləndirmək”dir, o, sənədi dünyada sülhün və sabitliyin “dayağı” adlandırıb.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bu həftənin əvvəlində deyib ki, BMT-dəki səsvermənin silah sazişinə hətta ABŞ-ın müttəfiqləri arasında böyük qlobal dəstəyi ortaya qoyacağını gözləyir.

Qətnamə layihəsində Moskva və Vaşinqton sazişi qorumağa, iddia olunan pozuntularla bağlı hər bir ölkənin narahatlığını aradan qaldırmaq üçün dialoqa başlamağa çağırış var.

Rusiya da iddia edir ki, Birləşmiş Ştatların Avropada qurduğu raketdən müdafiə sistemi sazişi pozur.

INF 1987-ci ildə ABŞ-ın keçmiş prezidenti Ronald Reagan və Sovet İttifaqının sonuncu lideri Mikhail Gorbachev tərəfindən imzalanıb. Gorbachev bu həftə xəbərdarlıq edib ki, razılaşmadan çıxmaq “yanlış” olardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG