Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Rusiya məişət zorakılığına ‘zəif’ reaksiya verir


Rusiyada məişət zorakılığına etiraz aksiyası, arxiv fotosu
Rusiyada məişət zorakılığına etiraz aksiyası, arxiv fotosu

Human Rights Watch (HRW) insan haqları təşkilatı bu gün – oktyabrın 25-də Rusiyada məişət zorakılığına dair hesabatını açıqlayıb. Qurum bildirir ki, məhz hakimiyyətin hərəkətsizliyi bu problemi daha da kəskinləşdirir.

Hesabatda adıçəkilən 42 yaşlı İnqa Uralda bir kənddə yaşayır. Bir gün əri idman çantası və bir neçə baltayla evə gələrək deyir ki, qadını və üç yaşlı qızını öldürəcək, cəsədləri də çantaya yığacaq.

Qadın 2014-2018-ci illər ərzində əri tərəfindən dəfələrlə döyüldüyünü deyib, hətta hamilə ikən belə. O, HRW-ya danışıb ki, əri onun burnunu, bir neçə qabırğasını, ön dişlərinin çoxunu sındırıb.

79 MİLYON QADIN VƏ QANUNVERİCİLİKDƏKİ BOŞLUQLAR

“Səni öldürə bilərdim və heç kəs də qabağımda durmazdı: Rusiyada dövlətin məişət zorakılığına zəif reaksiyası”. Hesabat belə adlanır.

Rusiyada məişət zorakılığı- infoqrafika
Rusiyada məişət zorakılığı- infoqrafika

İnga danışıb ki, qızı doğulandan sonra əri onu boğmağa çalışıb, anayla balanı şaxtalı havada evdən çıxarıb. Onları baltalamaqla hədələyəndən sonra içki almağa gedib, İnqa da qızını götürərək evdən qaçıb. O, polisə şikayət etdiyini, polisin isə əriylə söhbət edəndən sonra onunla birlikdə güldüyünü nəql edir.

Tamamilə təkbaşıma qaldığımı anladım”, – deyən İnqa başqa şəhərə sığınıb.
HRW Rusiya qanunvericiliyində ciddi boşluqlar aşkarladığımı, qadınları fiziki zorakılıqdan qoruyacaq yetərli mexanizmin olmadığını bildirir.

Rusiyada 79 milyon qadın var, yəni əhalinin 54 faizi qədər.

Hesabatda vurğulanır ki, Rusiya hakimiyyəti məişət zorakılığı qurbanlarının şikayətlərini bəzən qeydiyyata almaqdan, təhqiq etməkdən imtina edir.

HRW Prezident Vladimir Putin hökumətini “məişət zorakılığı da daxil olmaqla, gender əsaslı zorakılığın bütün formalarını ən yüksək siyasi səviyyədə pisləməyə” çağırır.

Rəsmi tədqiqatlarda hər beş rusiyalı qadından azı birinin məişət zorakılığına məruz qaldığı göstərilsə də, bu məsələ hələ də özəl, “ailə” işi sayılır, hesabatda belə deyilir. Rusiyanın “məişət zorakılığına qarşı qanununun olmadığı” vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG