Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Putin yeni ‘silahlanma yarışı’ xəbərdarlığı edir


Vladimir Putin (sağda) və Giuseppe Conte
Vladimir Putin (sağda) və Giuseppe Conte

Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Vaşinqtonun on illər öncə imzalanmış nüvə sazişindən çıxması yeni “silahlanma yarışı”na aparar. Kremlin bildirməsinə görə, Birləşmiş Ştatların bu qərarını BMT-də simvolik səsverməyə çıxaracaq.

ABŞ Prezidenti Donald Trump bu həftə deyib ki, 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Silahları Sazişindən çıxacaq. Putinsə oktyabrın 24-də bəyan edib ki, ABŞ artıq 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxıb, yeni nüvə sazişi olan START-ın yenilənməsinin müzakirəsinə də meylli deyil. Strateji nüvə raketləri buraxıcılarına nəzarət edən bu sazişin müddəti 2021-ci ildə bitir.

“Bütün bunlar aradan qalxandan sonra silahlanmanı məhdudlaşdıracaq bir şey qalmır. Belə bir durum, fikrimcə, çox təhlükəlidir. Bütün bunlar silahlanma yarışına aparacaq”, – Putin Moskvada İtaliyanın baş naziri Giuseppe Conte ilə mətbuat konfransında deyib.

Donald Trump
Donald Trump

Trump 1987-cil sazişini Rusiyanın bu sənədi azı 2014-cü ildə bəri pozmasıyla izah edib. Trump-ın daha bir arqumenti bu sazişin Çinə aid olmamasıdır. Çin yaxın və orta mənzilli raket növləri hazırlayır, baxmayaraq ki, saziş Rusiya və Birləşmiş Ştatlara bunu qadağan edir.

“YOLUN SONU VARMI?”

Putin deyib ki, noyabrın 11-də Parisdə Trump-ıla görüşü zamanı bu məsələni müzakirə etmək istəyir.

“Biz heç bir isterikasız amerikalı tərəfdaşlarımızla işləməyə hazırıq”, – o deyib.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov isə Birinci Kanala müsahibəsində deyib ki, Kreml BMT Baş Məclisinə təqdim etməyə qətnamə hazırlayır, 1987-ci il sazişinin qüvvədə qalmasından ötrü BMT-də simvolik səsvermə keçirilməsini istəyir.

Sergei Ryabkov
Sergei Ryabkov

“Görək, ABŞ-ın müttəfiqləri də daxil olmaqla, ölkələr buna necə reaksiya verəcəklər”, – Ryabkov deyib.

Ryabkov-un sözlərinə görə, Trump-ın 2017-ci ilin yanvarında vəzifəyə başına keçəndən Birləşmiş Ştatları bir sıra böyük sazişlərdən çıxarması “həyəcan yaradır”.

O, ABŞ Prezidentinin 2015-ci il iqlim dəyişikliyi sazişindən, İranla 2015-ci il nüvə sazişindən, UNESCO-nun razılaşmalarından, Universal Poçt Birliyindən çıxması yönündə addımlarını sadalayıb.

“Bu yolun sonu varmı, yoxmu, bilmirik”, – Ryabkov deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG