Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:42

İranlı hüquq müdafiəçisinin həbsdə səhhəti pisləşib


Hicaba görə saxlanan qadınlar, karikatura

Amnesty International insan haqları təşkilatı xəbərdarlıq edir ki, Tehranda həbsə atılmış hüquq müdafiəçisinin səhhəti pisləşib. O, aclıq aksiyası keçirir. Qurum onu dərhal azad etməyə çağırır.

Amnesty oktyabrın 24-də yaydığı bəyanatda bildirir ki, iyulda saxlanmış həkim Farhad Meysami avqustun 1-dən aclıq aksiyası keçirir. O, iranlı qadınların məcburi hicab, üz örtüyü taxmasına qarşı çıxırdı.

Hüquq müdafiəçisinin səhhətinin “xeyli pisləşdiyi”, 18 kilo arıqladığı bildirilir.

Meysami Evin həbsxanasının tibbi klinikasında müalicə olunur, onun qida qəbuluna məcbur edildiyi xəbər verilir.

“Farhad Meysami-nin yeganə ‘cinayəti’ İrada alçaldıcı məcburi hicaba etirazı, qadınların öz geyimlərini seçmək hüququnu müdafiə etməsidir. O, vicdan məhbusudur”, – Amnesty-dən Philip Luther bildirib.

Meysami iyulun 31-də Tehrandakı evində həbs olunub. O, “sistemə qarşı təbliğat yaymaq”da, “milli təhlükəsizliyə qarşı cinayət hazırlığında” ittiham olunub.

Amnesty bildirir ki, Meysami özü və hicaba etiraza görə saxlanmış digər iki tanınmış fəal azad olunamayanadək aclıq aksiyasını bitirməyəcəyini deyib.

Bu il məcburi hicaba qarşı dinc aksiyalarda iştiraka görə onlarla iranlı kişi və qadın döyülüb və saxlanıb.

XS
SM
MD
LG