Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:49

Türkiyə Khashoggi işini beynəlxalq məhkəməyə ‘çıxarmayacaq’


Mohammed bin Salman (sağda) jurnalist Jamal Khashoggi-nin ailə üzvləri ilə görüşür, 23 oktyabr, 2018-ci il
Mohammed bin Salman (sağda) jurnalist Jamal Khashoggi-nin ailə üzvləri ilə görüşür, 23 oktyabr, 2018-ci il

Türkiyənin səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətli məsələsini beynəlxalq məhkəməyə çıxarmaq niyyəti yoxdur, amma beynəlxalq təhqiqat başladılarsa, informasiya paylaşa bilər. Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu bu gün – oktyabrın 25-də deyib.

Cavusoglu fələstinli həmkarı Riyad al-Maliki ilə mətbuat konfransında danışıb, deyib ki, Türkiyə əlavə informasiya istəyən tərəflərə məlumat verib.

***

Səudiyyənin vəliəhd şahzadəsi ədalət vəd edir

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi İstanbuldakı konsulluqda jurnalist Jamal Khashoggi-nin öldürülməsini “ikrah doğuran” adlandırıb. O, ədalətin qalib gələcəyini deyib.

“Bu insident səudiyyəlilərin hamısını ağrıdıb. İkrah doğuran insidentdir və bunu heç kəs əsaslandıra bilməz”, – 33 yaşlı Mohammed bin Salman oktyabrın 24-də ər-Riyadda keçirilən investisiya forumunda deyib.

“Məsuliyyət daşıyanlar mühakimə olunacaqlar… Sonucda ədalət qalib gələcək”, – Səudiyyə taxt-tacının varisi vurğulayıb.

Şahzadə jurnalistin ölümünə görə beynəlxalq qınaqla üzləşib. Onun Səudiyyənin təhlükəsizlik agentləri tərəfindən öldürüldüyü, şahzadənin də bu qətli sifariş verdiyi iddia olunur.

59 yaşlı Khashoggi “Washington Post”un yazarı idi, şahzadənin narazıları susdurmasını tənqid edirdi. O, Birləşmiş Ştatlarda yaşayıb. Oktyabrın 2-də isə nikah sənədlərinə görə Səudiyyənin İstanbuldakı konsulluğuna girib, o vaxtdan onu görən olmayıb.

Səudiyyə əvvəlcə jurnalistin qətlə yetirildiyini danırdı, amma ötən həftə onun konsulluqda öldürüldüyünü etiraf etdi, amma buna görə günahı Səudiyyənin kəşfiyyat xidməti rəsmilərinin üstünə atdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG