Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:16

Vaşinqton Ər-Riyada sanksiya qoya bilər


Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda ölümünü təsdiqlədi
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda ölümünü təsdiqlədi

Birləşmiş Ştatlar müxalif jurnalist Jamal Khashoggi-nin ölümü ilə əlaqədar «Maqnitski qanunu» çərçivəsində Səudiyyə Ərəbistanına sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu haqda oktyabrın 24-də ABŞ dövlət katibi Mike Pompeo brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar ilk növbədə Səudiyyə Ərəbistanının vətəndaşlarına viza verilməsini ləğv etmək niyyətindədir. Bir qədər sonra Dövlət Departamentinin rəsmi nümayəndəsi bu prosedurun 21 səudiyyəliyə aid olacağını bildirib. Vaşinqton həmçinin, jurnalistin qətlinə aidiyyəti olanlara maliyyə sanksiyaları tətbiq etmək imkanlarını da araşdırır. Görüləcək tədbirlər «son söz olmayacaq», - Mike Pompeo əlavə edib.

Səudiyyə Ərəbistanı bir qədər öncə krallıq hakimiyyətinin ünvanına kəskin tənqidləri ilə tanınan jurnalist Khashoggi-nin İstanbuldakı konsulluqda öldürülməsini təsdiqləmişdi. Bununla belə, jurnalistin xüsusi əməliyyat nəticəsində öldürülmədiyi də bildirilmişdi.

«Sky News» televiziya kanalı oktyabrın 23-də öz qaynaqlarına istinadla Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun evinin bağında jurnalistin bədəninə aid parçaların tapılması haqda xəbər yayıb. Xəbər rəsmi şəkildə təsdiqlənməyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan parlamentdəki çıxışında bu qətlin siyasi olduğunu və əvvəldən planlaşdırıldığını bildirib.

Qərb ölkələri baş verənlərin diqqətlə araşdırılmasını tələb edirlər.

XS
SM
MD
LG