Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:50

Ağ ev 2020-ci ilədək yeni kosmik qüvvənin yaradılmasına başlayır


Mike Pence, arxiv fotosu

Ağ ev bildirir ki, Birləşmiş Ştatların yeni Kosmik Qüvvəsini yaratmaq planlarını gerçəkləşdirməyə çalışır. Amma ilkin mərhələdə bu, ilin əvvəlində Prezident Donald Trump-ın dediyi kimi, ordunun altıncı qanadının yaradılmasına bərabər olmayacaq.

Vitse-prezident Mike Pence oktyabrın 23-də Vaşinqtonda kosmik konfransda deyib ki, Ağ ev müstəqil kosmik qüvvənin 2020-ci ildən tez yaradılmasını nəzərdə tutmur. Pence Milli Kosmik Şuranın rəhbəridir. Bu şura ötən il bərpa olunub, məqsəd Trump-ın kosmik qüvvəylə bağlı planlarını hazırlamaqdır.

Pence-nin deməsinə görə, prezident tezliklə Konqresdən xahiş edəcək ki, kosmik təhlükəsizlik sahəsində çalışan hərbçi və mülki şəxsləri vahid komandanlıq altında toplasın.

“Milli Kosmik Şura prezidentə tövsiyə edir ki, vahid Kosmik Komandanlıq yaratmaqla başlasın, biz Xüsusi Qüvvələr komandanlığını da belə yaratdıq”, – Pence vurğulayıb.

Vitse-prezident deyib ki, hazırda Birləşmiş Ştatlarda 60 minədək adam kosmik təhlükəsizliklə bağlı ordu və təhlükəsizlik xidmətlərinin müxtəlif qanadlarında çalışır.

Amma Konqres hələ Ağ evin planlarını təsdiqləməlidir. ABŞ Ordusu, yaxud Hava Qüvvələrindən ayrı Kosmik Qüvvənin yaradılması ideyası konqresmenlər arasında ziddiyyət yaradıb, çoxu bu xərcə qarşı çıxır, hərbi kosmik əməliyyatların Hava Qüvvələrinin tərkibində qalmasını istəyir.

XS
SM
MD
LG