Ermənistan parlamentindəki Yelk siyasi alyansı baş nazirin vəzifəsini icra edən Nikol Pashinian-ın bu posta namizədliyini irəli sürüb.
Parlamentdəki fraksiyalar oktyabrın 23-dək namizədlərini təqdim etməlidirlər.
Digər fraksiyalar namizəd verməyəcəklərini bildiriblər.
Oktyabrın 24-də baş nazirlə bağlı səsvermənin birinci raundu keçirilməlidir.
Pashinian oktyabrın 16-da baş nazir postundan istefa verdiyini açıqlayıb. Məqsəd parlamenti buraxmaq, növbədənkənar seçkilərə nail olmaqdır.
Ermənistan konstitusiyasına görə, baş nazir istefa verəndən iki həftə sonra parlament bu vəzifəyə heç kəsi seçə bilmirsə, növbədənkənar seçki təyin olunur.
Seçki 30 gündən tez, yaxud 45 gündən gec keçirilməməlidir, yəni bu zaman səsvermə təxminən dekabrın birinci yarısına düşür.
Pashinian-ın partiyası ötən ay Yerevanda mer seçkisində qələbə çalıb. Bundan sonra o, parlamentdə çoxluğa sahib siyasi opponentlərindən canını qurtarmaqdan ötrü erkən seçki keçirməyə çağırıb.
Vaxtilə müxalifətdən deputat olmuş Pashinian mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sələfi, Respublikaçı Partiyasından Serzh Sarkisian aprelin 23-də istefaya məcbur olub.