Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Fransanın niqabı yasaqlaması 'insan haqları pozuntusudur'


Fransada niqablı qadın, 2014-cü il
Fransada niqablı qadın, 2014-cü il

Fransanın bütün bədəni örtən müsəlman geyimini – niqabı yasaqlaması insan haqları pozuntusudur və bu qanunvericiliyə yenidən baxılmalıdır. Bunu bu gün – oktyabrın 23-də BMT-nin insan haqları komitəsi bildirib.

Komitənin məlumatına görə, Fransa bu qadağanı əsaslandıra bilməyib və ona hansı tədbirlərin görüldüyü barədə hesabat hazırlamağa 180 gün vaxt verilib.

“Özəlliklə də, Fransa komitəni bütün sifəti örtmənin yasaqlanmasının vacibliyinə inandıra, bunu təhlükəsizlik, yaxud cəmiyyətdə birgə yaşayış baxımından izah edə bilməyib”, – komitə vurğulayıb.

Sarayevoda hicab mağazası
Sarayevoda hicab mağazası

Bu komitənin müstəqil ekspertləri Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyaya necə əməl olunmasına nəzarət edir. Amma onun qərarlarının hüquqi qüvvəsi yoxdur. Sazişin könüllü protokolunda isə qeyd olunur ki, Fransanın sənədə “xoş niyyətlə” əməl etmək kimi beynəlxalq hüquqi öhdəliyi var.

Komitəyə iki fransalı qadın şikayət etmişdi. Onlar 2012-ci ildə təqsirli biliniblər. 2010-cu ildə qəbul olunmuş qanunda deyilir ki, “ictimai məkanda heç kəs üzünü örtə bilməz”.

Qurumun bildirməsinə görə, bu qadağa onların dini inanc hüquqlarına ziyan vurub, evə məhkum, təcrid olunmaları ilə sonuclanıb. Fransa üzərinə iki qadına kompensasiya ödəmək öhdəliyi də qoyulub.

Komitə sədri Yuval Shany deyib ki, bu qərar heç də bütün bədənin örtülməsinin qanuniləşdirilməsi demək deyil, o və qurumun bir sıra üzvləri onu əsarət forması sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG