Bu gün, oktyabrın 23-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov İsrailə səfər edib.
Müdafiə Nazirliyinin məlumatına görə, səfər N.Sadıkovun israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə gerçəkləşib.
«Rəsmi səfər çərçivəsində N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub», - məlumatda vurğulanır.
İsrail Azərbaycanın silah aldığı əsas ölkələrdən biridir.