Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:29

Trump indi də Çinin nüvə silahlanmasından danışır


Donald Trump, arxiv fotosu

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergei Shoigu ilə görüşüb. Bu gün o, Prezident Vladimir Putin-lə görüşdən sonra Rusiyaya ikigünlük səfərini yekunlaşdıracaq. Sabah – oktyabrın 24-də isə Bakıya gələcəyi gözlənir.

Rusiya Müdafiə Nazirliyi Shoigu-Bolton görüşünü “konstruktiv” adlandırıb. Bundan sonra o, Kremlin yaxınlığındakı naməlum əsgərin məzarını, daha sonra Kremlin opponenti Boris Nemtsovun qətlə yetirildiyi yerdəki memorialı ziyarət edib.

Twitter-də bəziləri bu ziyarətləri “əklil diplomatiyası”, “çətin balanslaşdırma aktı” adlandırıblar.

Oktyabrın 23-də BBC-nin yaydığı müsahibədə Bolton deyib ki, Shoigu “daha geniş qlobal kontekstdən agahdır – yəni bu, Soyuq Müharibə günlərinin ikitərəfli sazişidir; texnologiyalar dəyişib, geostrateji reallıqlar dəyişib, hər iki tərəf bununla məşğul olmalıdır”.

***

ABŞ Prezidenti Donald Trump deyir ki, Rusiyayla on illərlə mövcud olmuş nüvə sazişindən çıxması qərarına təkcə Moskvanın yol verdiyi pozuntular səbəb olmayıb. O, Çinin nüvə silahı ehtiyatını artırmasını əsas gətirib.

“Rusiya bu sazişə əməl etməyib. İndiyədək hamıdan çox bizim pulumuz var. Onların ağlı başına gələnədək ehtiyatımızı artıracağıq”, – Trump oktyabrın 22-də Ağ evdə jurnalistlərə deyib.

Onlar razılaşmanı pozduğuna görə bunu bitirirəm”, – deyən Trump onu da əlavə edib ki, onun hərəkəti “kimi istəsəniz, istər Çinə, istər Rusiyaya, yaxud bu oyunu oynamaq istəyən istənilən şəxsə təhdiddir. Bunu edə bilməzsiniz. Məni aldada bilməzsiniz”.

BOLTON DA ÇİNİN ADINI ÇƏKİR

Əslində, Çin heç vaxt 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Silahları sazişinə tərəf olmayıb. Amma Trump israrla bildirib ki, Çin də razılaşmaya salınmalıdır. Bu sazişi vaxtilə ABŞ Prezidenti Ronald Reagan və Sovet İttifaqının lideri Mikhail Gorbachev imzalayıblar.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (sağda) John Bolton-la görüşür
Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (sağda) John Bolton-la görüşür

Dünən – oktyabrın 22-də Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton Moskvada Rusiya rəsmiləri ilə görüşüb. Rusiya tərəfi xəbərdarlıq edir ki, Vaşinqtonun bu sazişi tərk etmək yönündə istənilən addımı “təhlükəli olar”. Bolton bu gün Rusiya Prezidenti Vladimir Putin-lə görüşməlidir.

Bolton da oktyabrın 22-də Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Trump-ın Çinlə bağlı arqumentini səsləndirib. O deyib ki, Ağ ev Rusiyanın paktı “pozmasından” və Çinin ortamənzilli raket qabiliyyətini gücləndirməsindən narahatdır. O, Çinlə bağlı məsələni “çox real hədə” adlandırıb.

Bolton onu da etiraf edib ki, Çinin imzalamadığı sazişə əməl etməyini gözləmək qeyri-real olardı. Amma onu da vurğulayıb ki, Çinlə Şimali Koreyanın ortamənzilli raketlər hazırlaması Rusiyayla ikitərəfli sazişin köhnəldiyini, bu günün reallıqlarına cavab vermədiyini göstərir.

Çin isə Birləşmiş Ştatların Pekini silahlarla bağlı danışıqlara çəkmək cəhdini pisləyib.

“Sazişdən çıxmaqdan danışarkən Çinə toxunmağın tamamilə yanlış olduğunu vurğulamaq lazımdır”, – Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying oktyabrın 22-də deyib. O, Vaşinqtonu qərarı barədə “yaxşıca düşünməyə” çağırıb.

XS
SM
MD
LG