Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:19

Kosovoda serb zəvvarlara hücumu pisləyirlər


Hashim Thaci (ortada) Marina kəndində müharibə qurbanlarını anım mərasimində, arxiv fotosu

Priştina və Belqrad rəsmiləri etnik serb zəvvarları Kosovonun şərqindəki monastıra aparan avtobuslara hücumu pisləyib.

Məlumatlara görə, naməlum şəxslər avtobusları daşa tutublar. Avtobuslar Studenitsa kəndindəki pravoslav xristian monastırına gedirmiş. Oktyabrın 21-də baş vermiş hadisə zamanı xəsarət alan olmayıb.

Kosovo prezidenti Hashim Taci deyib ki, adamların hərəkət və din hüququnun istənilən formada pozulması “qəbuledilməzdir”. O, polisi hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Serbiya hökumətinin Kosovo üzrə idarəsinin rəhbəri Marko Djuric isə Belqradda deyib ki, “Avropa Kosovoda ekstremizm və dini radikalizmin yayılmasına göz yummamalıdır”.

ATƏT-in Priştinadakı missiyası da hadisədən narahatlığını bildirib.

Kosovo 2008-ci ildə müstəqillik elan edəndən Priştina ilə Belqradın münasibətləri pisləşib.

XS
SM
MD
LG