Minskdə 2-ci Dünya müharibəsi zamanı minlərlə yəhudinin öldürülməsinin üçgünlük anım mərasimləri keçirilir. Tədbirlərə Belarus rəsmiləri, xarici diplomatlar, yəhudi təşkilatlarının təmsilçiləri qatılır.
1943-cü il oktyabrın 21-dən 23-dək nasistlər Avropanın digər şəhərlərindən 22 min yəhudini buraya gətirərək qətlə yetiriblər. İndi həmin hadisələrin 75-ci ildönümüdür.
1942-ci il martın 2-də Minskin yəhudi gettosundan (yəhudilər üçün ayrılmış məhəllələr) 5 mindən çox adam öldürülüb. Oktyabrın 22-də Minskin Yama memorialında onların anım mərasimi keçirilib.
Üçgünlük tədbirlərə konsertlər, konfranslar, sənədli filmlərin nümayişi daxildir.
2-ci Dünya müharibəsindən qabaq Belarusda 900 min yəhudi yaşayıb.
1941-ci ildə faşistlər Sovet İttifaqını işğal edəndə yaradılmış Minsk gettosunda 100 minədək yəhudi yaşayırmış. Onların çoxu Holokost zamanı məhv olub.