Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:40

Dövlət büdcəsi layihəsi parlamentdə


Milli Məclis

Azərbaycanın 2019-ci il üzrə dövlət büdcəsi layihəsi artıq Milli Məclisə təqdim olunub.

Bu haqda AzadlıqRadiosuna Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib.

Layihənin, hələlik, deputatlara paylanmadığını deyən V.Əhmədov onun ümumi parametrlərini açıqlayıb. Deputatın sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır.

V.Əhmədov başa çatmaqda olan 2018-ci ilin büdcəsinə nisbətən gələn ilin büdcəsinin bir neçə milyard manat artırıldığını qeyd edib.

Deputatın vurğulamasına görə, büdcədə neftin bir barreli 60 dollar götürülüb. Hazırda neftin bir barrelinin qiyməti 80 dollardan yuxarıdır.

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin qrafikinə uyğun olaraq müzakirə olunacaq.

2019-cu ilin dövlət və icmal büdcəsinin layihəsini Nazirlər Kabineti (NK) sentyabrın ortalarında müzakirə edib, onu məqbul hesab etmişdi. Büdcə zərfinə daxil olan sənədlər toplusu ölkə başçısına göndərilmişdi.

Bu günlərdə bəzi iqtisadçı-ekspertlər büdcə layihəsinin hələ də parlamentə təqdim olunmamasından narahatlıq ifadə etmişdilər.

Xatırlatma

2018-ci ilin dövlət büdcəsi ötən ilin dekabrında qəbul edilmişdi. Dövlət büdcəsinin gəlirləri 20.127 mlrd. manat, xərcləri isə 21.047 mlrd. manat məbləğində təsdiqlənmişdi. Büdcədə neftin bir barreli 45 dollar götürülmüşdü. Sonradan bu il iyunun 29-də büdcəyə dəyişiklik edildi. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin proqnoz gəlirləri 22.11 mlrd., xərcləri isə 23.061 mlrd. manat məbləğinə çatdırıldı.

Multimedia

XS
SM
MD
LG