Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 03:52

Pentaqon ABŞ generalının yaralandığını təsdiqləyir


Qəndəharın polis rəisi General Abdul Raziq (solda), vilayətin valisi Zalmay Wesa (soldan ikinci) və General Scott Miller (ortada) toplantı zamanı

Pentaqon oktyabrın 18-də Əfqanıstanın cənubundakı Qəndəhar vilayətindəki hücumda ABŞ-ın ordu briqada generalı Jeffrey Smiley-nin yaralandığını ilk dəfə olaraq etiraf edib. Həmin hücumda iki əfqan rəsmi öldürülmüşdü.

“Onun Qəndəhardakı hücumda aldığı tapança yarasından müalicə olunduğunu təsdiqləyirəm”, – donanma komandiri Grant Neeley oktyabrın 21-də deyib.

Həmin hücum zamanı Qəndəhar vilayətinin polis rəisi və kəşfiyyat rəhbəri öldürülüb.

Parlament seçkisindən iki gün öncə gerçəkləşmiş hücuma görə məsuliyyəti Taliban silahlı qruplaşması üzərinə götürüb.

Hücum səbəbindən Qəndəharda seçki ertələnib.

Həmin vaxt toplantıda olmuş ABŞ generalı, Əfqanıstandakı NATO qüvvələrinin komandiri Scott Miller isə xəsarət almayıb, Neeley belə deyib.

XS
SM
MD
LG