Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Astara sərhəd keçid məntəqsinin önündə növbə yaranıb


Astara gömrüyü
Astara gömrüyü

Oktyabrın 20-də Astara sərhəd keçid məntəqsinin qarşısında onlarla avtobus növbəyə durub.

Onların İrana gedən və İraqa zəvvarlar aparan avtobuslar olduğu deyilir. Zəvvarlar əsasən gənc oğlan və qızlardan ibarətdir. Aralarında uşaqlı ailələr də var. Qadınlar hicabdadırlar.
Zəvvarlardan biri deyir ki, gömrük ləng işləyir:

“Aramzıda Azərbaycanın bütün bölgələrindən adamlar var. Kərbəla faciəsində həlak olanlarla bağlı mərasimə gedirik. Gecə gəlmişik. Hələ buradayıq.Aramızda körpəlilər də var.Avtobusda ağlayırlar... Oraya Azərbaycan bayrağı ilə gedirik.”

Astara gömrüyü
Astara gömrüyü

Yaranan bu vəziyyətə, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax:Astarada İrana getmək istəyən maşınlar uzun növbə gözləyir​

Xatırlatma

Miladi təqvimi ilə 680-ci ildə Kərbəlada ( İraq ərazisi) Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin hadisə hələ də hər il faciə kimi qeyd edilir.

Bu il Aşura mərasimi milad təqvimi ilə sentyabrın 20-nə düşdü. «Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.Həmin faciə Məhərrəm ayının 10-da baş verdiyindən “ Aşura” adını alıb.Hər il həmin faciə ilə bağlı qatı İslam ölkələrində bir çox insanlar 40 gün yas saxlayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG