Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

Dünyada neçə nəfərin pulu 50 milyondan çoxdur


Londondakı bahalı Harrods mağazalar şəbəkəsi
Londondakı bahalı Harrods mağazalar şəbəkəsi

Ötən il dünyanın sərvəti 14 trilyon ABŞ dolları artıb. Çin Birləşmiş Ştatlardan sonra ikinci yeri tutub. Credit Suisse maliyyə şirkəti “Qlobal Sərvət Hesabatı”nı açıqlayıb.

Çindən başqa builki reytinqdə diqqətçəkən başqa bir məqam Birləşmiş Ştatlarda ailə təsərrüfatlarının sərvətinin davamlı artmasıdır.

2008-ci ildən bəri Birləşmiş Ştatlarda ümumi sərvət və adambaşına düşən sərvət ilbəil artıb. Amma dünyada qlobal sərvətdə 2014-2015-ci illərdə əks tendensiya gedib.

Birləşmiş Ştatlarda ultra-zənginlərin sayı 70 min 540, Çində 16 min 510, Almaniyada 6 min 320 nəfərdir.

Dünyada sərvəti 50 milyondan artıq 150 minədək adam var. Onlardan 50 mininin sərvəti 100 milyondan, 4 min 390 nəfərin aktivləri isə 500 milyondan çoxdur.

Arxiv fotosu
Arxiv fotosu

ULTRA-ZƏNGİN VƏ ORTABAB BRİTANİYALI

2018-ci ilin ortasınadək 12 ay ərzində dünyada cəmi sərvətin 14 trilyon dollar artaraq 317 trilyon dollara çatdığı bildirilir, bu, 4,6 faizlik artım deməkdir. Adambaşına sərvət isə 3,2% yüksəlib.

“The Guardian” yazır ki, ötən il Britaniyanın ultra-varlıları 400 nəfər artıb. İndi bu ölkədə sərvəti 50 milyon dollardan (38 milyon funt-sterlinq) artıq 5 minədək adam var.

Ortabab britaniyalının sərvəti isə, mülkiyyəti daxil olmaqla, cəmi 1% artaraq 213 min funt-sterlinq olub.

Hesabatın müəllifi, iqtisadçı Anthony Shorrocks varlıların sərvətinin sürətlə artmasını onların sərmayəsinin səhm bazarlarından faydalanmasıyla izah edir. O, ölkədə sərvəti 50 milyondan az xeyli adamın olduğunu da vurğulayır.

Britaniyanın ən varlı adamı Ser Jim Ratcliffe-dir. O, Ineos neft-kimya şirkətinin qurucusu və rəhbəridir, ölkənin Avropa Birliyindən çıxması tərəfdarıdır. Var-dövləti 21 milyard dollardır. Bir neçə ay öncə Kraliça onu biznes və sərmayə sahəsindəki xidmətlərinə görə mükafatlandırıb. Amma Ratcliffe-nin vergidən azad Monakoda yaşamağa hazırlaşdığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG