Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:15

Qəndəharda seçki bir həftədən sonra keçiriləcək


Abdul Razzaq Dawood jurnalistlərlə danışır

Əfqanıstanın Qəndəhar vilayətində sabah-oktyabrın 20-də keçirilməli olan parlament seçkisi bir həftə sonraya ertələnib. Səbəb vilayət polisinin komandirinin qətlə yetirilməsidir.

Müstəqil Seçki Komissiyasının sözçüsü Hafizullah Hashimi Azad Əfqanıstan Radiosu-na deyib ki, səbəb seçicilərin “seçkiyə mənəvi baxımdan hazır olmamasıdır”.

General Abdul Raziq oktyabrın 17-də özünü başqa bir rəsminin mühafizəçisi kimi təqdim edən şəxs tərəfindən öldürülüb. Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Raziq-in qətli Kabil hökumətinə böyük zərbə sayılır.

Birləşmiş Ştatların Əfqanıstandakı komandiri, general Scott Miller də həmin toplantı da olub, amma xəsarət almayıb.

Hücum zamanı vilayət kəşfiyyatının rəhbəri Abdul Momin Hassankhail, bir jurnalist də öldürülüb.

Əfqanıstanda oktyabrın 20-nə planlaşdırılan seçkidə parlamentin aşağı palatasındakı 249 yer uğrunda 2500-dən artıq namizəd mübarizə aparacaq.

İndiyədək 10 namizəd qətlə yetirilib.

XS
SM
MD
LG