Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Sürüşmə zonasında aktivlik qalmaqdadır


Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Bayılda sürüşmənin fəsadları - Canlı Yayımın təkrarı

Badamdar sürüşmə sahəsinin üst hissəsində torpaq süxurları və xırda qaya parçalarının hərəkəti müşahidə edilir.

Bunu «Turan» agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasından bildiriblər.

Ekspedisiyadan verilən məlumata görə, bu prosesin davam edəcəyi gözlənir.

Qurumdan habelə bildiriblər ki, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.

Multimedia

XS
SM
MD
LG