Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

'Müstəqilliyə səs verən deputatlara qiymət verilməlidir'-Media icmalı


Bakıda etiraz: ölən hərbçilərin müavinəti niyə verilmir?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Bakıda etiraz: ölən hərbçilərin müavinəti niyə verilmir?

Kölgə iqtisadiyyatı ilə mübarizə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan insanların ailələrinə veriləcək sığorta pulu ətrafında mübahisələr və başqa məsələlər medianın aparıcı mövzularındandır.

«Siyahıya düşməyənlər var»

«Yeni Müsavat» qəzetində «4800 şəhid ailəsinin «qanpulu» ala bilməməsinin günahkarı «Azərsığorta»dır, yoxsa?..» sualı gündəmə daşınır.

Prezidentin fərmanına əsasən, 1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və ya hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunan hərbi qulluqçuların ailələrinə 11 min manat sığorta pulu verilməlidir. Amma bəzi ailələr bu pulu ala bilmədiyini söyləyir. Yazıda mövzu ətrafında deputat Zahid Oruc və Qarabağ uğrunda döyüşlərdə yaralanan, jurnalist Rey Kərimoğlunun düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, Qarabağ uğurunda döyüşlərdə həlak olan yaxınlarının adlarını siyahıda tapa bilməyən bəzi ailələr bu günlərdə Milli Məclis önünə toplaşıblar.

«4800-dən artıq şəhid ailəsinə «yox» cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır və indi çoxlarını bu sual düşündürür: Problemin yaranmasında günahkar «Azərsığorta»dır, yoxsa başqa qurumlardır?», - deputat Z.Oruc bunu parlamenti iclasında deyib.

Z.Oruc vurğulayıb ki, sığorta ödənişlərinin vaxtilə qanunvericilik bazası mövcud olmayıb: «Aidiyyəti qurumların da borcudur ki, bu prosesi ünvanlı aparsın».

Deputat hesab edir ki, «Azərsığorta» işi «siz hansısa zamanda bu vəsaiti almışınız» kimi cavabla bitirə bilməz, ailələrin özləriylə görüşüb izahat verilməlidir.

Jurnalist R.Kərimoğlu də hesab edir ki, bu məsələdə həm sığorta şirkəti, həm də rayon icra hakimiyyətləri məsuliyyət daşıyır: «O dövrdə sənədləri hazırlayıb təqdim edən şəhid ailələrinə deyirdilər ki, onun dəyəri 5 «şirvan»dır (o dövrdə 50 min manat), ona görə də şəhid ailələrinin də çoxu bu məsələnin arxasınca getməmişdilər. Sonradan həmin pullar mənimsənilmişdi».

R.Kərimoğlu deyir ki, Qarabağ uğrunda döyüşlərdə həlak olan bir çox polislərin adları da siyahıya salınmayıb.

Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxanlar kimlər idi
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

SSRİ-nin saxlanmasının əleyhinə olanlar

Modern.az saytında «Bəzi deputatlar Azərbaycanın müstəqilliyinə səs vermədilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanın müstəqillik əldə etməsinin 27 ilinin tamam olması ilə bağlı həmin tarixi proseslərin iştirakçısı olan deputatlardan Vahid Əhmədovla söhbət edib.

V.Əhmədov sayta bildirib ki, 1991-ci ilin martında SSRİ-nin saxlanması ilə bağlı keçirilən referenduma 361 deputatdan ancaq 43-ü etiraz edib.

O vurğulayıb ki, həmin vaxt SSRİ-nin buraxılmasına tərəfdar olan deputatlara təzyiqlər olub: «Nəhayət, Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib...».

V.Əhmədov deyib ki, Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. İndi əsas məsələ bu müstəqilliyin möhkəmlənməsi və qorunub saxlanmasıdır.

Amma deputat hesab edir ki, Müstəqillik Aktına imza atan, SSRİ-nin saxlanmasının əleyhinə səs verən şəxslər hələ ki, öz layiqli haqlarını almayıblar. «Hesab edirəm ki, həmin şəxslərə xüsusi təqaüdlər təyin olunmalıdır. Daim dövlətin diqqət mərkəzində olmalıdırlar, çox istərdim ki, onlara layiq olduqları qiymət verilsin».

Dollar
Dollar

«Kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyəti»

«Azərbaycan» qəzetində «Ekspert: Kölgə iqtisadiyyatının leqallaşdırılması büdcəyə daha çox vəsaitin daxil olmasına imkan verəcək» sərlövhəli yazı dərc edilib.

Yazıda kölgə iqtisadiyyatı ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun dəyərləndirməsi yer alıb.

«Kölgə iqtisadiyyatının aradan qaldırılması Azərbaycanın prioritet məsələlərindən biridir. Vergi və gömrük sistemində islahatların dərinləşdirilməsi kölgə iqtisadiyyatının həcminin kəskin azaldılmasına səbəb olacaq», - V.Bayramov bunu qəzetə açıqlamasında bildirib.

Ekspert deyib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev kölgə iqtisadiyyatının aradan qaldırılması, iqtisadiyyatın leqallaşdırılması ilə bağlı göstərişlər verib.

«Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır», - deyə qəzet dövlət başçısından sitat təqdim edib.

Ekspert də hesab edir ki, kölgə iqtisadiyyatının leqallaşdırılması büdcəyə daxilolmaların artırılması baxımından vacibdir. V.Bayramov vurğulayıb ki, bu, üstəlik, əmək müqavilələrinin rəsmiləşdirilməsi, işçilərin hüquqlarının qorunması və bütövlükdə biznesin leqallaşması baxımdan da əhəmiyyət daşıyır.

XS
SM
MD
LG