Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Trump: Səudiyyəlilər jurnalisti qətlə yetiribsə...


Türkiyə polisi konsulluğa axtarışa gəlib, 18 oktyabr, 2018-ci il
Türkiyə polisi konsulluğa axtarışa gəlib, 18 oktyabr, 2018-ci il

Səudiyyə rəsmilərinin jurnalist Jamal Khashoggi-nin yoxa çıxmasında məsuliyyət daşıdığı üzə çıxarsa, bunun “çox sərt” nəticələri ola bilər. Belə bir xəbərdarlıqla ABŞ Prezidenti Donald Trump çıxış edib.

Jurnalist oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girib, ondan sonra onu görən olmayıb.

POMPEO-NUN TƏKLİFİ

Son günlər ABŞ administrasiyası Səudiyyə rəhbərliyini tənqid etməsilə tanınan Khashoggi-nin yoxa çıxmasıyla bağlı mövqeyini sərtləşdirib.

Trump-ın oktyabrın 18-dəki açıqlamasından öncə Vaşinqton elan edib ki, Maliyyə naziri Steven Mnuchin Səudiyyədə keçiriləcək böyük investisiya konfransına qatılmayacaq.

Konsulluq qarşısında etiraz aksiyası
Konsulluq qarşısında etiraz aksiyası

Məlumatlara görə, Dövlət katibi Mike Pompeo Səudiyyənin vəliəhd şahzadəsi Muhammad-a xəbərdarlıq edib ki, gələcək lider kimi etibarlılığı risk altındadır.

Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etmiş Pompeo deyib ki, səudiyyəlilərə daha bir neçə gün vaxt verilməlidir ki, etibarlı təhqiqatı tamamlayıb ictimaiyyətə açıqlasınlar, bundan sonra Birləşmiş Ştatlar necə reaksiya verəcəyini, belə bir reaksiyanın verilib-verilməyəciyini qərarlaşdırsın.

Türkiyə mediasının yazmasına görə, “The Washington Post”da köşə yazıları ilə çıxış edən Khashoggi Səudyyə konsulluğunda hissələrə parçalanıb. Qətli vəliəhd şahzadə Mohammed bin Salman-la əlaqələri olan sui-qəsd dəstəsi üzvlərinin icra etdiyi iddia olunur.

Səudiyyə tərəfi ittihamları əsassız adlandırsa da, indiyədək yazarın başına nə gəldiyini də açıqlamayıb.

Mike Pompeo səfəri haqda açıqlama verir
Mike Pompeo səfəri haqda açıqlama verir

“ÇOX SƏRT NƏTİCƏLƏR OLACAQ”

Trump-dan soruşublar ki, Səudiyyə liderlərinin məsuliyyəti üzə çıxarsa, onları nə gözləyir. “Çox sərt nəticələr olacaq. Bu, çox pis bir işdir. Nə baş verəcəyini görəcəyik”, – o deyib.

Vitse-prezident Mike Pence oktyabrın 19-da bildirib ki, dünya Khashoggi-nin başına nə gəlməsi barədə suallara “cavab almalı”, “məsuiyyət daşıyanlar bunun hesabını verməlidirlər”.

“Reuters” agentliyi yazır ki, Türkiyə polisi İstanbulun kənarındakı meşədə, Mərmərə dənizi yaxınlığındakı şəhərdə də axtarış aparıblar. Agentlik bunu Türkiyənin iki rəsmisinə istinadla yazıb.

Təhqiqatçılar bundan öncə konsulluqda iki dəfə, konsulun iqamətgahında isə bir dəfə axtarış aparıblar. Onların “xeyli nümunələr” götürdüyü bildirilir. Təhqiqatşılar konsulluqdan böyük qutularla çıxıblar.

Rəsmilərin fikrincə, Khashoggi-nin qatilləri onun qalıqlarını İstanbula yaxın Belqrad meşəsində, yaxud da İstanbuldan 90 kilometr cənubda yerləşən Yalova şəhəri yaxınlığına basdıra bilərlər.

Polisin ərazidə bu səbəbdən axtarış apardığı bildirilir. Ola bilsin, qalıqlar “hansısa fermada, yaxud villada” basdırılıb, rəsmilər belə deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG