Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Rusiya qabaqlayıcı nüvə zərbəsi ‘endirməyəcək’


"Xəncər" raketi

Rusiya Prezidenti Vladimir Putin deyir ki, ölkəsi nüvə silahından yalnız özünə qarşı nüvə zərbəsinə cavab vermək üçün istifadə edəcək.

O, oktyabrın 18-də Soçidə keçirilən beynəlxalq siyasi forumda bildirib ki, Moskva “qabaqlayıcı nüvə zərbələri”ni istisna edir.

“Bizim strategiyamız qabaqlıyıcı zərbəni nəzərdə tutmur. Konsepsiyamız yalnız hücuma məruz qalan zaman zərbə endirməkdir”, – Putin deyib.

“Rusiya ərazisinə hücumun gözlənildiyi, bunun bir neçə saniyəyə baş verəcəyindən əmin olunca cavab zərbəsi endirəcəyik”, – prezident vurğulayıb.

Rusiya artıq “Xəncər” hisepsonik raketini sınaqdan keçirib. Putin deyib ki, “Avanqard” adlı yeni silah bir neçə aya işə salınacaq.

Putin Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsinə dair həmin ölkədə aparılan araşdırmanı “daxili siyasi mübarizə” adlandırıb. O, Vaşinqtonun Rusiyaya tətbiq etdiyi sanksiyaları da sərt tənqid edib.

XS
SM
MD
LG