Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:18

Serbiya Kosovonun planlarını ‘sülhə təhdid’ sayır


Kosovo Təhlükəsizlik Qüvvəsinin üzvü

Kosovo deputatları ölkənin təhlükəsizlik qüvvələrinin sayını və səlahiyyətini genişləndirməyi nəzərdə tutan qanunvericiliyi ilkin olaraq təsdiqləyib. Etnik serb deputatlar isə iclası boykot edib.

Üç qanun layihəsi yüngül silahlanmış Kosovo Təhlükəsizlik Qüvvəsinin mandatını gücləndirməyi nəzərdə tutur. Layihələr ikinci oxunuşda təsdiqlənəndən sonra imzalanmaq üçün Prezident Hashim Thaci-yə göndəriləcək.

“Bu üç qanunun bir məqsədi var – Kosovonun ərazi bütövlüyünü, bütün icmalardan olan vətəndaşlarını qorumaq”, – Baş nazir Ramush Haradinaj deyib.

Deputatların çoxu təklif olunan dəyişiklikləri milli ordunun yaranması yönündə bir addım adlandırsa da, etni serb azlığı və qonşu Serbiya buna qarşı çıxır. Serbiya 2008-ci ildə müstəqillik elan etmiş Kosovonu tanımır.

Serb deputat Igor Simic deyib ki, bu qanun layihələri BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsini və Kosovo konstitusiyasını pozur.

XS
SM
MD
LG