Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

BMT Kosovodan çıxarsa…


Aleksandar Vucic (solda öndən ikinci) və BMT-nin Kosovo missiyasının rəhbəri Zahir Tanin (sağda öndən ikinci), arxiv fotosu
Aleksandar Vucic (solda öndən ikinci) və BMT-nin Kosovo missiyasının rəhbəri Zahir Tanin (sağda öndən ikinci), arxiv fotosu

Serbiya prezidenti Aleksandar Vucic BMT Kosovodan çıxarsa, bunun yarada biləcəyi təhlükəylə bağlı xəbərdarlıq edib. Məlumatlara görə, ABŞ Kosovodakı BMT missiyasını “tərketmə strategiyası” hazırlamağa çağırıb.

Vucic oktyabrın 17-də deyib ki, BMT-nin Kosovodakı Aralıq Administrasiya Missiyası ölkədən çıxarsa, ölkəsinin buradakı etnik serb əhalini “qorumaq”dan başqa seçimi qalmayacaq.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik əldə edib.

Prezident Serbiyanın hansı addımı atacağını dəqiqləşdirməyib. Amma onun sözlərinə görə, missiyanın getməsi, eləcə də Kosovo ordusunun formalaşması Serbiyanı dəhşətli çətin duruma salacaq, “bu zaman bizim ölkəmizi və xalqımızı qorumaqdan başqa seçimimiz, seçim hüququmuz qalmayacaq”.

HALEY-NİN MƏKTUBU

Daha öncə yayılmış məlumatlara görə, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley qurumu “səlahiyyətindən istifadə etməyə, Kosovodakı missiyası ilə bağlı tərketmə strategiyası hazırlamağa” çağırıb.

Nikki Haley
Nikki Haley

“İllər boyu BMT-nin Kosovodakı missiyası BMT-nin mürəkkəb münaqişəni uğurla idarə etməsinə örnək göstərib”, – Haley-nin BMT-nin baş katibi Antonio Guterres-ə ötən həftə yazdığı məktubdan sitat gətirilir.

Haley ilin sonunda BMT-dəki vəzifəsindən gedir.

AzadlıqRadiosu (RFE/RL) Birləşmiş Ştatların BMT-dəki missiyasından belə bir məktubun mövcudluğunu təsdiqlədə bilməyib, missiya Vucic-in dediklərini də şərh etməyib.

Serbiya Kosovoya nəzarəti 1999-cu ildə itirib. O zaman NATO albanların serb qüvvələrinin öldürülməsi və qovulmasına son qoymaqdan ötrü ərazini bombaladı.

Elə həmin il BMT əvvəlcə buraya sülhyaratma missiyası göndərdi, daha sonra aralıq administrasiya missiyasına çevrildi. https://unmik.unmissions.org/

Kosovonun müstəqilliyini Serbiyadan başqa 100-dən artıq ölkə tanıyıb.

Tərəflər 2013-cü ildə Avropa Birliyinin vasitəçiliyi ilə danışıqlara başlasalar da, elə bir irəliləyiş əldə olunmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG