Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:49

İstanbuldakı konsulluqda ikinci axtarış aparılıb


Konsulluqda axtarış gedir

Oktyabrın 18-də Türkiyəli təhqiqatçılar Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ikinci dəfə axtarış aparıblar. Onlar yoxa çıxmış jurnalist Jamal Khashoggi-nin izini axtarırlar.

Khashoggi iki həftə öncə – oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girib və o vaxtdan onu görən olmayıb. Türkiyənin “Yeni Safak” qəzeti isə dünən iddia edib ki, konsulluqda Khashoggi –nin əvvəl barmaqlarını, daha sonra başını kəsiblər.

Şahidlərin deməsinə görə, təhqiqatçılar konsulluğun bağını, maşınlarını da axtarıblar.

Oktyabrın 15-də birinci axtarış zamanı konsulluqdan torpaq və DNT nümunələri götürülmüşdü.

Oktyabrın 18-də Səudiyyə konsulluğunun iqamətgahında da axtarış aparılıb. Konsul Muhammad al-Otaibi isə oktyabrın 16-da kommersiya reysilə Türkiyəni tərk edib.

ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 17-də Türkiyə Prezidenti Recep Tayyip Erdogan-la Khashoggi-nin məsələsini müzakirə edib.

Bundan öncə isə Ər-Riyadda Kral Salman və vəliəhd şahzadə Muhammad-la görüşüb. Onlar Khashoggi-nin əsas tənqid obyektləri idilər.

ABŞ Prezidenti Donald Trump Pompeo-nun tam hesabatını gözlədiyini deyib. Onlar bu gün Bakı vaxtıyla axşam saat 6-da bir araya gələcəklər.

“Yeni Safak”ın yazmasına görə, Khashoggi yeddi dəqiqə içində öldürülüb. Əvvəlcə istintaq zamanı barmaqları kəsilib, sonra başı vurulub və bədəni hissələrə parçalanıb.

Türkiyə rəsmiləri qəzetin yazdıqlarını şərh etməyiblər.

XS
SM
MD
LG