Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:47

Roma Rusiyaya sanksiyaların uzadılmasına ‘qarşı çıxacaq’


(soldan) Matteo Salvini, baş nazir Giuseppe Conte və baş nazirin digər müavini Luigi Di Maio

İtaliya baş nazirinin müavini deyir ki, ölkəsi Avropa Birliyinin Rusiyaya sanksiyaları yeniləməsinə qarşı çıxacaq. Ancaq onu da bildirib ki, Roma AB-nin qalan hissəsi ilə əlaqələri kəsməyə, sanksiyalara veto qoymağa hazır deyil.

“Ona görə buraya gəlmişəm ki, sanksiyaların iqtisadi, sosial və mədəni dəlilik olmasından əminəm”,Matteo Salvini oktyabrın 17-də Moskvaya səfəri zamanı deyib.

Həm də İtaliyanın daxili işlər naziri olan Salvini İtaliyanın ifrat sağçı Liqa partiyasının rəhbəridir.

Sanksiyalar Moskvaya Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra tətbiq olunub.

AB-nin aparıcı ölkələri olan Almaniya və Fransa münaqişənin bitirilməsinə doğru irəliləyiş əldə olunanadək sanksiyaların qüvvədə qalmalı olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG