Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Pentaqon ABŞ təyyarəçisinin Ukraynada həlak olduğunu təsdiq edib


Ukraynada Aydın səma 2018 adlı NATO manevrləri keçirilib
Ukraynada Aydın səma 2018 adlı NATO manevrləri keçirilib

ABŞ hərbiyyəsi NATO hava qüvvələrinin Ukraynada keçirdiyi birgə manevrdə amerikalı təyyarəçinin iki nəfərlik qırıcıda həlak olmasını təsdiq edib.

Oktyabrın 17-də qəzaya uğramış Su-27 təyyarəsində Ukrayna təyyarəçisi də həlak olub. Ukrayna və ABŞ hərbi rəsmilərinin verdiyi məlumata görə qəza Kiyevin 180 kilometrliyindəki Xmelnitski rayonunda baş verib.

Aydın səma 2018 (Clear Sky 2018) kod adlı manevrlərin rəhbəri general-mayor Clay Garrison deyib ki, “bu, Birləşmiş Ştatlar və Ukrayna üçün kədərli bir gündür”.

Hərbi hakimiyyət orqanları bildirirlər ki, həlak olmuş təyyarəçilərin cəsədləri aşkar olunub.

Bundan əvvəl ailəsinin xəbərdar edilməsi məqsədilə amerikalı pilotun kimliyi 24 ərzində gizli saxlanırdı.

Kiyev ukraynalı pilotun polkovnik Ivan Petrenko olduğunu bildirib.

Avropa və Afrikadakı ABŞ hərbi hava qüvvələri bildirir ki, ABŞ təyyarəçisi təyyarə ilə tanışlıq uçuşunu həyata keçirirdi.

Bu qəzada başqa bir təyyarənin olmadığı bildirilib və qeyd olunub ki, hər iki ölkənin hərbiyyələri qəzanın mümkün səbəblərini birgə araşdırır.

Ukraynanın hərbi rəsmiləri xəbər verirlər ki, həlak olmuş təyyarəçilərin xatirəsi yaxınlıqdakı hərbi aeroportda keçirilən mərasimdə yad edilib.

Aydın səma 2018 manevrlərində Ukrayna, Belçika, Danimarka, Estoniya, Hollandiya, Polşa, Britaniya və Birləşmiş Ştatlardan olan 950 hərbçi iştirak edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG