Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:36

Bakının mərkəzində sürüşmə [Video]


Sürüşmə

Bakının Səməd Vurğun küçəsində sürüşmə baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli «Turan» agentliyinə bildirib ki, sürüşmə həmin küçənin «Təzəbazar»a düşən hissəsində 60 metr uzunluğunda, 3 metr enində bir ərazini əhatə edir.

A.Nəcəfli vurğulayıb ki, onların əməkdaşları sözügedən ərazidə olublar, ilkin baxış keçirilib: «Müəyyən olub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı».

AAYDA sözçüsü deyib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, yola dəymiş ziyanı tikinti aparan şirkət ödəyəcək, Agentlik isə sözügedən ərazidə bərpa işlərinə başlayıb.

Şirkət rəsmisi razılaşmır

«Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır».

«Report»un xəbərinə görə, bunu binanı inşa edən «Pilot İnşaat-A» MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.

«Yəni, yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur», - şirkət rəsmisi əlavə edib.

Xatırlatma

Son günlər Bakının Bayıl qəsəbəsində bir sıra sürüşmə halları baş verib. Nəticədə bəzi ərazilərdə evlər, hasarlar uçub. Təkcə son bir həftədə belə ərazilərdən 10-dan çox ailə təxliyə edilib. Həmin hadisələrə, əsasən, orada kanalizasiya sisteminin olmaması və ərazinin özünün sürüşməyə meylli olması göstərilib.

Multimedia

XS
SM
MD
LG